Nadir Rüstəmli yeni klipini təqdim edib.

Avroviziya 2022 təmsilçisi Nadir Rüstəmli yeni “Gölgelerim” adlı rəsmi musiqi videosunu təqdim edib.

Sözləri və musiqisi Kənan İbralıya məxsus klipdə Nadir öz keçmişindən və keçmişdəki xatirələrindən qaçmağa çalışan obrazı canlandırır. Mahnının sözlərindən də göründüyü kimi personajımız həyatında yeni bir səhifə açmaq və bütün olanları unutmaq istəyir amma xatirələri isə onu kölgə kimi izləməyə davam edir.

Dramatik bir süjet xəttə sahib olan klipdə Nadirə Leyla Turçina adlı xanım da partnyorluq edir. Klipdə müxtəlif rəqs nümunələri sərgiləyən xanım, bəlkə də, baş qəhrəmanın keçmiş travmalarıyla bilavasitə əlaqəlidir, kim bilir?!

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında yayımdadır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2024 mahnı müsabiqəsində 37 ölkə iştirak edəcək

Yeni müğənnilər üçün yeni imkanlar – İnkubasiya proqramı

Rəy bildir