Ölkəmizdə ilk dəfə! Avroviziya mütəxəssisləri öz təcrübəsini Azərbaycana daşımağı planlaşdırır

Ötən gün Mədəniyyət nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə baş tutan “Eurovision Talks” forumu müsabiqə sevərləri bir araya topladı. Forumda Avropanın ən nüfuzlu Avroviziya simaları, Norveçin nümayəndə heyətinin rəhbəri və musiqi prodüseri Stiq Karlsen, yunanıstanlı Dmitris Kontopolus (2013 Azərbaycan, Ukrayna 2008, 2016 Rusiya kimi mahnıların bəstəkarı) və İlias Kokotos (Yunanıstan 2020, 2021 və 2023 kimi çıxışlarının prodüseri), Niderlanddan isə “Mata Hari” mahnısının yazarı Toni Kornelissen iştirak edirdi. Forumda Azərbaycanın Avroviziya müsabiqəsində yolu, müsabiqənin yerli musiqi sənayesinə qazandırdıqları, inkişaf üçün debat və sual-cavab təşkil edilmişdi. Forumun icmalını sizə təqdim edirik.

Norveç nümayəndə heyətinin rəhbəri Stig Karlsen öz şəxsi tərübələrini bizimlə bölüşüb. O bundan başqa Avroviziyanın indiki vəziyyəti və müğənnilərlə bağlı danışıb: 

Stig Karlsen

Stiq, həmçinin, qeyd edib ki, müsabiqə xalq üçündür buna görə də münsiflərin rolu azaldılmalıdır. O düşünür ki, yarım-finallara təqdim ediln 100% xalq səsverməsi qaydası çox düzgün qərardır. Hətta finalda bu nisbətin 60-40% nisbətində olmasını təklif edib.

Bundan əlavə Stiq azərbaycanlı azarkeşləri sevindirəcək bir fikir irəli sürüb:

Azərbaycanda milli final keçirilməlidir. Ora mütəxəssislər dəvət olunmalıdır. Hər kəs əylənmək və bayram keçirmək istəyər. Mən düşünürəm ki, bu milli final hətta həftələrlə davam etməlidir.

Stig Karlsen

Hər kəsə məlumdur ki, 2009-cu ildən xarici bəstəkar və yazarlarla işləməyimiz yerli musiqiçi və bəstəkarlarımızı bir növ ruhdan salmışdır. Son illərdə yerli yazarlara şəraitin yaradılması bu tendensiyasnı tədricən dəyişmişdir. Qonaqlara ünvanladığımız “Yayımçı kanal hansı addımları ataraq yerli musiqiçiləri mahnı yazmağa təşviq edə bilər?” sualımıza fərqli cavablar aldıq:

Yunanıstanın “Dream Team”-in rəhbəri Ilias Kokotos hazırda dünyada da bəstəkar mübadiləsi ənənənsinin mövcud olduğunu, burda qeyri-adi bir şey görmədiyini və müsabiqəni izlərkən heç kəsin bəstəkara fikir vermədiyini vurğulayıb.

Sriq Karlsen isə yayımçı kanala maraqlı təklif edib:

“Uğurlu olmaq üçün risk etmək və bu işə maliyyə yatırmaq lazımdır. Yüksək qonararlar bəstəkarlar arasında rəqabəti artıra, dolayısıyla inkişafa səbəb ola bilər.”

Bəstəkar, musiqiçi və keçmiş nümayəndə heyəti rəhbəri İsa Məlikov da maraqlı məqamlara toxunub. İsa Məlikovun nitqindən icmalı sizə təqdim edirik.

“Avroviziyada niyə öz dilimizdən istifadə etmirik?” sualı uzun müddətdir hər kəsi maraqlandıran sualdır. İsa Məlikov suala bu şəkildə cavab verib.

Bunun bir neçə səbəbi var. Birinci ingilis dili qlobal bil dildir və bu dil vasitəsi ilə mesaj ötürmək daha əlverişlidir. Mən çox istəyərəm ki, öz doğma dilimizdə mahnı ilə Avroviziyada təmsil olunaq. Lakin, öz dilimizdə zəif mahnı ilə getməkdənsə, getməmək daha yaxşıdır. İndiki vəziyyətdə bəstəkarlar azərbaycan dilində yaxşı mahnılar bəstələmirlər. Biz unikal və kreativ mahnılar gözləyirik, amma bu proses baş vermir.

İsa Məlikov

İsa Məlikov milli final keçirilməsi ilə bağlı da öz fikirlərini bölüşüb:

Milli final keçirilməsini və açıq seçim formatının hər zaman tərəfdarı olmuşam. Xalq öz təmsilçisini seçməlidir. Lakin, bunun bir də marketinq və biznes tərəfi var. Bunları yayımçı kanal və digər məsul şəxslər hazırlayıbmı? Bu milli finalın strategiyası necə olmalıdır? Milli final baş tutmalıdır, amma bunun arxasında çox “ammalar” var.

Həm bu sadəcə deleqasiyaya aid bir şey deyil. Bunun üçün xüsusi komandalar yaradılmalıdır. Bundan başqa düşünürəm ki, əgər bu müsabiqə baş tutsa, çox keyfiyyətli olmalıdır. Keyfiyyətsiz milli finaldansa, mən daxili seçimi daha üstün tuturam. Ümid edirik ki, gələcəkdə bu baş tutacaq.

İsa Məlikov

İsa Məlikov bəstəkarların yaxşı mahnı göndərmədiklərini və bu mahnıların çoxunun Avroviziyaya yararsız olduğunu vurğulayıb. “Əksər bu kimi mahnılar daxili bazar üçün çox gözəl olsa da, təəssüf ki, müsabiqə standartlarına uyğunlaşmır”. Bundan əlavə Məlikov qeyd edib ki, yerli bəstəkarlara, musiqi sənayemizdə öz sözünü demiş şəxslərə mahnı hazırlamaq üçün müraciət etdikdə “Seçiləcəmsə, hazırlayım” prinsipi ilə yanaşaraq kanalın təkliflərini rədd etdiyini də vurğulayıb.

İlias Kokotos və Toni Karnelissen “Mata Hari” mahnısı haqqında danışıb. Mahnının yazarı Toni özünün əslən indoneziyalı olduğunu, bundan ilham alaraq mahnını yazdığını qeyd edib. O əlavə edib ki, müsabiqə ləğv olduqdan sonra azarkeşlərin tələbini nəzərə alaraq, çox çətin də olsa, mahnını bəstələyə biliblər. Prodüser Rüstəm Rzayevin köməyi ilə mahnıya zurna əlavə edilib və onu unikal edib. İlias Kokotos mahnının Yunanıstanda və digər ölkələrdə məşhur olduğunu qeyd edib. O əlavə edir ki, əgər başqa bir ildə yarışsaydı, Efendi ilk onluqda yer alacaqdı. 2021-ci ildə eyni janrlar çox idi deyə, “Mata Hari” fərqlənə bilmədi. Həm də qeyd edib ki, yerin önəmi yoxdur. Əsas Efendi və Azərbaycan Avropada tanındı. İlias Kokotos geri dönən ifaçıları da anlamadığını qeyd edib. O düşünür ki, Loreen “Euphoria” ilə fərqlənmişdi, sıradan olan “Tattoo” ilə nə qazanmaq istəyib? Elə “Euphoria” ilə yadda qalsa daha yaxşı idi. O geri qayıdan artistləri xudbin adlandırıb. İliasa görə bu şəxslər digərlərinin haqqına girirlər.

Dünənki forumda ən maraqlı məqamlardan biri Avroviziya 2018 təmsilçimiz Aisellə bağlı olan sual oldu. Azarkeşlərdən birinin “Cazz ifaçısı Aiselə, pop mahnını necə uyğun görə bildiniz?” sualında bəstəkarlar skandal yaradacaq bir cavab veriblər. Dmitris Kontopolus qeyd edib ki, mahnı xüsusi olaraq Aisel üçün yazılmayıb. Hətta yunan bir müğənni üçün nəzərdə tutulub. Mahnı sonradan İctimai kanala təqdim edilib və kanal mahnını özü seçib. Onlar əlavə edib ki, Aisel özü də mahınını özünə uyğun görüb. Onun finala keçməməsi ilə bağlı isə: “Bəlkə də, həmin vaxt üçün ifaçı hələ Avroviziyaya hazır deyilmiş? İndi hazırdır.” deyərək cavablandırıblar.

Bunlarla yanaşı İsa Məlikov növbəti illərdə Avropada öz bəhrəsini verən “Songwriting Camp” yəni, musiqi yazma düşərgəsi təcrübəsini ölkəmizə gətirmək istədiyini və burada forumda iştrak edənlər və digər bu kimi şəxslərin təcrübələrindən yararlanmaq istədiyini də bildirib.

Bununla da ölkəmizin musiqi sənayesinin inkişafı üçün xarici peşəkarlar və yerli komandanın əməkdaşlığı ilə musiqi yazma düşərgələri təşkil ediləcək. Dünya standartları üçün nələr lazımdır, komanda işi necə olur və bu kimi bir çox məsələlər də burada aşılanacaq. Məhz bunlar bir neçə həftə yaxud ay ərzində xüsusi komanda ilə birgə baş tutacaq ki, üzvlər təbiət qoynunda həm əylənib ilhamlanacaq, həm də birlikdə yaradıcılıqla məşğul olacaq. Nəticədə isə hər şey ilə yanaşı bir neçə mahnı ərsəyə gələcək. Kim bilir? Bəlkə də elə bu mahnılar Avroviziyada səsləndi.

Günün yekununda isə forumun spikerləri və təşkilatçıları iştirakçılara gəldikləri, dinlədikləri və suallarına görə öz təşəkkürünü bildirib. Həmçinin, bu kimi tədbirlərin davamlı, eyni zamanda isə daha geniş auditoriya ilə həyata keçməsini istədikləri bildirilib.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Danışır Emy Lia – Avroviziya 2024 Azərbaycan

Avroviziya 2024 mahnı müsabiqəsində 37 ölkə iştirak edəcək

Rəy bildir