Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil edən Fahree (Fəxri İsmayılov) Space TV-nin baş direktorunun müşaviri vəzifəsinə təyin olunub. Bu barədə telekanalın rəsmi Instagram səhifəsində məlumat paylaşılıb.
Telekanalın yaydığı açıqlamaya əsasən, Fahree yeni vəzifəsində kanalın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, musiqi layihələrinin hazırlanması və yaradıcı konsepsiyaların formalaşdırılması üzrə fəaliyyət göstərəcək. Bundan əlavə, onun televiziya layihələrinin inkişafı və yeni media yanaşmalarının tətbiqinə də töhfə verməsi gözlənilir.
Space TV paylaşımında Fahree-yə yeni fəaliyyətində uğurlar arzulayaraq, onun yaradıcılıq təcrübəsinin telekanalın inkişafına və yeni media mərhələsinə keçid prosesinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Xatırladaq ki, Fahree 2024-cü ildə İsveçin Malmö şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində “Özünlə Apar” mahnısı ilə Azərbaycanı təmsil edib. Səhnədə ona muğam ifaçısı İlkin Dövlətov da müşayiət edib. Azərbaycan birinci yarımfinalda 11 xal toplayaraq 15 ölkə arasında 14-cü yeri tutub və finala vəsiqə qazana bilməyib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






