Xalq artisti Tünzalə Ağayeva “Xəzər TV”də yayımlanan “İncə Səhər” proqramında Azərbaycanın “Avroviziya” təmsilçilərindən olan Samirə Əfəndi barədə danışıb.
Ona “Tələbəniz Samirə Əfəndi bizi çox yaxşı təmsil etdi” fikri ünvanlanıb. Müğənni Samirə Əfəndinin istedadlı ifaçı olduğunu vurğulayıb:
“Bəli, iki il özdə. Samirə böyük potensiallı, səsi olan ifaçıdır”, – deyə o qeyd edib.
Ağayeva daha sonra Samirə Əfəndinin “Avroviziya”dakı çıxışı və ümumilikdə müsabiqə ilə bağlı fikirlərini bölüşüb:
“Amma ‘Avroviziya’nın özünə gələndə mahnı rol oynamır. Bir az ona üzülürəm hər dəfə və qəbul edə bilmirəm”, – deyə Tünzalə Ağayeva vurğulayıb.
Sənətçi həmçinin Azərbaycanın müsabiqə üçün mahnı seçimlərinə daha ciddi yanaşılmasının vacibliyini qeyd edib:
“Bir də ki, bizim mahnı seçimlərimizə çox ciddi baxılmalıdır.”
Xatırladaq ki, Samirə Əfəndi 2020-ci ildə ‘Cleopatra’ mahnısı ilə Azərbaycanı ‘Avroviziya’da təmsil etməli olsa da, müsabiqə pandemiya səbəbindən ləğv edilmişdi. Müğənni 2021-ci ildə isə ‘Mata Hari’ mahnısı ilə yenidən ölkəmizi təmsil edərək finala vəsiqə qazanmış, 65 xalla 20-ci yeri tutmuşdu.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






