Bu gün Avstriyanın paytaxtı Vienna şəhərində keçirilən 70-ci Avroviziya Mahnı Müsabiqəsinin Böyük Finalı baş tutacaq. Musiqi şousu yerli vaxtla saat 23:00-da Wiener Stadthalle arenasından canlı yayımlanacaq.
Bu axşam 25 ölkə “Avroviziya 2026” qalibi olmaq uğrunda yarışacaq.
Böyük Finalın səhnəsində aşağıdakı iştirakçılar yer alacaq:
Danimarka – Søren Torpegaard Lund – “Før Vi Går Hjem”
Almaniya – Sarah Engels – “Fire”
İsrail – Noam Bettan – “Michelle”
Belçika – ESSYLA – “Dancing on the Ice”
Albaniya – Alis – “Nân”
Yunanıstan – Akylas – “Ferto”
Ukrayna – LELÉKA – “Ridnym”
Avstraliya – Delta Goodrem – “Eclipse”
Serbiya – LAVINA – “Kraj Mene”
Malta – AIDAN – “Bella”
Çexiya – Daniel Zizka – “CROSSROADS”
Bolqarıstan – DARA – “Bangaranga”
Xorvatiya – LELEK – “Andromeda”
Böyük Britaniya – LOOK MUM NO COMPUTER – “Eins, Zwei, Drei”
Fransa – Monroe – “Regarde!”
Moldova – Satoshi – “Viva, Moldova!”
Finlandiya – Linda Lampenius və Pete Parkkonen – “Liekinheitin”
Polşa – ALICJA – “Pray”
Litva – Lion Ceccah – “Sólo Quiero Más”
İsveç – FELICIA – “My System”
Kipr – Antigoni – “JALLA”
İtaliya – Sal Da Vinci – “Per Sempre Sì”
Norveç – JONAS LOVV – “YA YA YA”
Rumıniya – Alexandra Căpitănescu – “Choke Me”
Avstriya – COSMÓ – “Tanzschein”
Səsvermə necə olacaq?
İştirakçı ölkələrin tamaşaçıları telefon, SMS və rəsmi səsvermə platforması vasitəsilə favoritlərinə səs verə biləcəklər. Avroviziya qaydalarına əsasən, hər izləyici maksimum 10 dəfə səs verə bilər.
Müsabiqədə iştirak etməyən ölkələrin tamaşaçıları üçün də “Rest of the World” səsverməsi açıq olacaq.
Final gecəsində Avroviziya tarixinin məşhur ulduzları da səhnəyə çıxacaq. Interval aktlarında Lordi, Verka Serduchka, Alexander Rybak və digər tanınmış iştirakçılar çıxış edəcəklər.
Bundan əlavə, avstriyalı electro-swing musiqiçisi Parov Stelar xüsusi performans təqdim edəcək. Gecənin sonunda isə César Sampson Billy Joel-in məşhur “Vienna” mahnısını səsləndirəcək.
70-ci Avroviziya Mahnı Müsabiqəsinin qalibi bu gecə məlum olacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






