“Avroviziya 2026”nın final gecəsi başladı!

“Avroviziya 2026”nın böyük finalı bu gün — 16 may tarixində Avstriyanın paytaxtı Vyanada keçirilir. Yarışmanın 70 illik yubiley finalı yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) “Wiener Stadthalle” arenasında start götürüb.

Bu il final mərhələsində ümumilikdə 25 ölkə qalibiyyət uğrunda mübarizə aparacaq. Müsabiqə həm iştirakçı ölkələrin televiziya kanalları, həm də Avroviziya-nın rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanır.

Finalın çıxış sıralaması aşağıdakı kimidir:

1. Danimarka — Søren Torpegaard Lund – “Før Vi Går Hjem”
2. Almaniya — Sarah Engels – “Fire”
3. İsrail — Noam Bettan – “Michelle”
4. Belçika — ESSYLA – “Dancing on the Ice”
5. Albaniya — Alis – “Nân”
6. Yunanıstan — Akylas – “Ferto”
7. Ukrayna — LELÉKA – “Ridnym”
8. Avstraliya — Delta Goodrem – “Eclipse”
9. Serbiya — LAVINA – “Kraj Mene”
10. Malta — AIDAN – “Bella”
11. Çexiya — Daniel Zizka – “CROSSROADS”
12. Bolqarıstan — DARA – “Bangaranga”
13. Xorvatiya — LELEK – “Andromeda”
14. Böyük Britaniya — LOOK MUM NO COMPUTER – “Eins, Zwei, Drei”
15. Fransa — Monroe – “Regarde!”
16. Moldova — Satoshi – “Viva, Moldova!”
17. Finlandiya — Linda Lampenius x Pete Parkkonen – “Liekinheitin”
18. Polşa — ALICJA – “Pray”
19. Litva — Lion Ceccah – “Sólo Quiero Más”
20. İsveç — FELICIA – “My System”
21. Kipr — Antigoni – “JALLA”
22. İtaliya — Sal Da Vinci – “Per Sempre Sì”
23. Norveç — JONAS LOVV – “YA YA YA”
24. Rumıniya — Alexandra Căpitănescu – “Choke Me”
25. Avstriya — COSMÓ – “Tanzschein”

Bukmeker proqnozlarına əsasən builki favoritlər sırasında Finlandiya, Yunanıstan və Avstraliya yer alır. Finlandiyanın “Liekinheitin” adlı performansı yarışmanın əsas favoritlərindən hesab olunur.

Böyük Britaniyanı isə məşhur YouTube kontent yaradıcısı və elektro-pop ifaçısı Sam Battle təmsil edir. O, “LOOK MUM NO COMPUTER” səhnə adı ilə “Eins, Zwei, Drei” mahnısını səsləndirəcək.

Final gecəsinin aparıcıları Victoria Swarovski və Michael Ostrowski olacaq. Böyük Britaniyada isə canlı şərhi ənənəvi olaraq Graham Norton təqdim edir.

Gecədə Azərbaycanın münsif səslərini isə “Avroviziya 2012” təmsilçimiz Səbinə Babayeva açıqlayacaq.

Yarışma bu il siyasi müzakirələrlə də gündəmdədir. İspaniya, İrlandiya, Niderland, Sloveniya və İslandiya İsrailin yarışmada iştirakına etiraz olaraq builki yubiley müsabiqəsini boykot etdiklərini açıqlayıblar. Avstriyanın ORF telekanalı isə arenada Fələstin bayraqlarına icazə veriləcəyini və tamaşaçı reaksiyalarının səssizləşdirilməyəcəyini bildirib.

Səsvermə ilk çıxış başlamazdan qısa müddət əvvəl açılıb. Tamaşaçılar telefon, SMS və rəsmi Avroviziya tətbiqi vasitəsilə səs verə bilərlər. İştirak etməyən ölkələrdən izləyənlər üçün isə xüsusi “Rest of the World” onlayn səsvermə sistemi aktivdir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026”: Final gecəsi baş tutacaq

“Avroviziya 2026” müsabiqəsinin qalibi Bolqarıstandır!

Rəy bildir