Azərbaycanın “Avroviziya 2026” təmsilçisi Cəmilə Həşimova sosial şəbəkə hesabında etdiyi emosional paylaşımı ilə diqqət çəkib.
JİVA “Avroviziya 2026” mahnı müsabiqəsi ilə vidalaşaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Müğənni bu yolun onun üçün unudulmaz xatirələrlə yadda qaldığını vurğulayıb:
“Salam, mən Cəmilə Həşimova, Azərbaycanın “Avroviziya 2026” təmsilçisi. Sizə deyəcəyim sözlər çoxdur. Bu yol məni yeni ailəm qədər sevə biləcəyim insanlarla tanış etdi. Mənə bu şansı yaradan “İctimai Televiziya” nümayəndə heyətimizə minnətdaram.
Seçdiyim mahnıya bəlkə çox insan inanmadı. Amma mən inanırdım. Çünki onu sadəcə oxumadım, həm də yaşadım. Hər sözü ürəyimdən keçdi, hər notunda öz hisslərimi daşıdım. Bəlkə də məhz buna görə çıxışım insanların qəlbində iz buraxa bildi. Çünki səhnədə özüm idim.
Buradan özümlə sadəcə xatirələr yox, çox dəyərli dostluqlar aparıram. Bir artist kimi özümü çox xoşbəxt hiss edirəm. Yaşadığım bu təcrübə, bu həyəcan həyatımın ən parlaq, ən unudulmaz anlarına çevrildi.
Mənimlə bu yolda addımlayan, mənə inanan, mənə bu istiliyi hiss etdirən hər kəsə böyük qucaq dolusu sevgim var. Mənimlə olduğunuz üçün təşəkkür edirəm. Bussi!”, – deyə sənətçi paylaşımında bildirib.
Qeyd edək ki, JİVA “Avroviziya 2026” mahnı müsabiqəsinin mayın 14-də Avstriyanın paytaxtı Vyanada keçirilən ikinci yarımfinal mərhələsində səhnəyə çıxıb. Təmsilçimiz “Just Go” adlı mahnını 2 nömrə altında ifa edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






