“Avroviziya 2026” təmsilçimiz Jiva ikinci məşqini uğurla tamamlayıb. Məşqdən sonra isə 30 saniyəlik kadr yayımlanıb.
Yayımlanan görüntülərdə mahnının səhnə şousundan bəzi məqamlar diqqət çəkib. Belə ki, klip versiyasından fərqli olaraq Jiva son nəqarəti Azərbaycan dilində ifa edib. Səhnə quruluşunda Jivaya bir nəfər oğlan rəqqas müşayiət edir. Kadr boyunca dramatik atmosfer ön planda saxlanılır. Mahnının son hissəsində isə Jiva qolları iplə bağlı şəkildə səhnənin ön hissəsinə doğru irəliləyir və bu mahnının məzmunu ilə ahəng daşıyır: Jiva sanki olmaq istəmədiyi bir münasibətdən uzaqlaşmağa çalışır.
Qeyd edək ki, Jiva 14 mayda müsabiqənin ikinci yarımfinalında 2-ci sıra nömrəsi altında çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






