Avroviziya Mahnı Müsabiqəsində qalib illərdir həm tamaşaçıların səsverməsi, həm də hər ölkədən olan peşəkar münsiflərin verdiyi səslərlə müəyyən olunur. Bu sistem “Douze points” (12 xal) formatı ilə tanınır və 1975-ci ildən bəri müxtəlif dəyişikliklərə məruz qalıb.
Yarımfinallarda böyük dəyişiklik
2026-cı ildə Vyanada keçiriləcək müsabiqədə ən əsas yeniliklərdən biri yarımfinallara münsiflərin yenidən qaytarılmasıdır. Bu sistem 2022-ci ildən sonra ilk dəfə tətbiq olunacaq. Beləliklə, yarımfinallarda səslər yenidən 50/50 prinsipi ilə — həm münsiflər, həm də tamaşaçılar tərəfindən veriləcək.
Bu addımın məqsədi yalnız populyar mahnıları deyil, həm də musiqi keyfiyyəti yüksək olan ifaları finala yüksəltməkdir.
Tamaşaçı səsi daha balanslı olacaq
Yeni qaydalara görə, hər bir səsvermə üsulu (telefon, SMS və ya onlayn) üzrə verilə biləcək maksimum səs sayı 20-dən 10-a endirilir. Bu dəyişiklik bir mahnıya kütləvi səsvermənin qarşısını almağı və daha balanslı nəticələr əldə etməyi hədəfləyir.
Münsif tərkibi genişlənir
Milli münsif heyətinin tərkibi də dəyişir:
- Hər ölkədə 5 yox, 7 münsif olacaq
- Onların arasında mütləq 18–25 yaş arası ən azı 2 gənc yer alacaq
- Tərkibə musiqi jurnalistləri, müəllimlər, xoreoqraflar və musiqi mütəxəssisləri daxil ediləcək
Bundan əlavə, münsiflər səsvermədən əvvəl müstəqil və qərəzsiz qalacaqlarına dair rəsmi öhdəlik imzalayacaqlar.
Şəffaflıq və ədalət əsas hədəfdir
Yeni qaydalar həmçinin xarici təsirlərin qarşısını almağı da nəzərdə tutur. Xüsusilə dövlət dəstəyi ilə aparılan kampaniyaların səsverməyə təsir etməsinin qarşısı daha ciddi şəkildə alınır. Qeyd edək ki, son vaxtlar reklamları ilə gündəmə düşən Malta təmsilçisi Aidan bu qaydanı əsas gətirən fanatların qəzəbinə tuş gəlib. Lakin bu qaydada vurğulanan məqam reklamın dövlət dəstəyi ilə kompaniya şəklində aparılmasıdır.
Ümumilikdə bu dəyişikliklər Avroviziyanın daha ədalətli, şəffaf və balanslı bir musiqi müsabiqəsi olaraq qalmasını təmin etməyi hədəfləyir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






