Dünən Norveçin paytaxtı Oslo şəhərində “Nordic Eurovision Party 2026” tədbiri baş tutub. Bu, sayca üçüncü dəfə təşkil olunan tədbirdir.
Tədbir Rockefeller Music Hall səhnəsində keçirilib. Tədbirdə “Avroviziya 2026” müsabiqəsində iştirak edəcək sənətçilər çıxış ediblər. Bununla yanaşı, Norveçin milli seçim müsabiqəsi olan “Melodi Grand Prix”, həmçinin “Sami Grand Prix” iştirakçıları da səhnəyə çıxıblar.
Albaniya – Alis
Avstriya – COSMÓ
Avstraliya – Delta Goodrem
Bolqarıstan – DARA
Kipr – Antigoni
Almaniya – Sarah Engels
Yunanıstan – Akylas
Latvia – Atvara
Litva – Lion Ceccah
Lüksemburq – Eva Marija
Malta – Aidan
Moldova – Satoshi
Monteneqro – Tamara Živković
Norveç – Jonas Lovv
Rumıniya – Alexandra Cǎpitǎnescu
İsveçrə – Veronica Fusaro
San Marino – Senhit
Qeyd edək ki, bu cür pre-party tədbirləri Avroviziya öncəsi fanatlar üçün iştirakçıları canlı izləmək və onların performanslarını yaxından tanımaq baxımından böyük əhəmiyyət daşıyır.
Təmsilçimiz Jiva bu tədbirdə iştirak etməsə də Amsterdamda keçiriləcək ‘pre-party’də çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






