Daniel Zizka 2003-cü ildə Çexiyada dünyaya göz açıb. Musiqiyə erkən yaşlarda maraq göstərən Daniel 10 yaşında öz mahnılarını yazmağa başlayıb və 15 yaşında ilk peşəkar mahnısını yazdıraraq səhnəyə çıxıb. Musiqi təhsilini “Jaroslav Ježek” konservatoriyasında alıb və hazırda pop vokal və bəstələmə üzrə təhsilini davam etdirir.
Daniel həm musiqi, həm də aktyorluq sahəsində fəaliyyət göstərir. O, Çex serialı “Taneční” və “Případ se štěnicídə” filmində rol alıb.
Əvvəl “Daniell” səhnı adı altında bir neçə sinql — “AIM”, “Go On”, “Wrong” buraxıb, sonra isə öz əsl adı ilə fəaliyyətini davam etdirib.2025-ci ilin aprelində Belém Kapellasında, Çex Radio Simfonik Orkestrası ilə birlikdə “23:23” mahnısını ilk dəfə təqdim edib.
2026-cı ildə Daniel Zizka Çexiyanı “Avroviziya 2026”-da “Crossroads” mahnısı ilə təmsil edəcək. Mahnı həyatdakı seçim anlarını, qarşıya çıxan çətinlikləri və şəxsi inkişaf yolunu əks etdirir. Danielin ifadəli vokalı, səhnə enerjisi və emosional performansı ilə “Crossroads” həm münsiflər, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.
Gənc yaşına baxmayaraq, Daniel Zizka Çexiyanın pop səhnəsində fərqli bir səslə tanınır. Onun həm musiqi, həm səhnə, həm də aktyorluq təcrübəsi Avroviziya səhnəsində unudulmaz və təsirli performans vəd edir!
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






