Tanış Ol – Delta Goodrem

Delta Goodrem 9 noyabr 1984-cü ildə Sydney, Avstraliyada dünyaya gəlib. Uşaqlıqdan musiqi, piano və ifaçılıqla məşğul olub. Peşəkar karyerasına çox erkən yaşda — 15 yaşında “Sony Music” ilə müqavilə imzalayaraq başlayıb.

Delta Goodremin debüt albomu “Innocent Eyes” (2003) Avstraliya tarixində ən çox satılan albomlardan biri olub. Albomdakı ikinci sinql “Born to Try” (2002) “ARIA Singles Chart”-da bir həftə birinci olub, üçüncü sinql “Lost Without You” (2003) isə iki həftə birinci olub. Albom özü 29 həftə boyunca Avstraliya hit paradlarında birinci pillədə yer alıb.

2004-cü ilin sonlarında Delta ikinci “Mistaken Identity” adlı albomundan “Out of the Blue”adlı mahnısını təqdim edib. Albomun özü bir ay sonra yayımlanıb, digər hitləri isə “Mistaken Identity”, “A Little Too Late” və Brian McFadden ilə duet olan “Almost Here” olub.

2006-cı ildə Delta “Goodrem Commonwealth Games” açılış mərasiminə dəvət alıb. “Together We Are One” adlı mahnı ilə çıxış edib.

2007-ci ildə üçüncü studiya albomu “Delta” yayımlanıb. Albomda “In This Life”, “Believe Again”, “You Will Only Break My Heart” və “I Can’t Break It To My Heart” kimi mahnılar yer alıb.

2012-ci ildə dördüncü studiya albomu “Child of the Universe” yayımlanıb.

2016-cı ildə isə Delta beşinci albomu “Wings of the Wild” ilə qayıdıb. Albomdan çıxan hitlər arasında “Only Human”, “Wings”, “Dear Life” və “Enough” yer alır.

Delta həmçinin gənc yaşlarında məşhur serial “Neighbours”-də rol alıb və son illərdə “The Voice Australia” kimi populyar televiziya yarışmalarında münsif və mentor kimi çıxış edib.

“The Voice Australia”

2026-cı ildə Delta Goodrem Avstraliyanı “Avroviziya 2026” səhnəsində “Eclipse” adlı mahnı ilə təmsil edəcək.

Mahnı dramatik və sinematik pop üslubunda yazılıb, onun güclü vokalını və səhnə performansını əks etdirir. “Eclipse” işıqla kölgənin toqquşması metaforası ilə hisslərin və həyat təcrübələrinin uyumunu təsvir edən bir mahnıdır; həm şəxsi, həm də universal səviyyədə dinləyiciyə özünü tapmaq və “düzgün anda yerini tapmaq” fikrini ötürür.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Lion Ceccah

Tanış Ol – Linda Lampenius & Pete Parkkonen

Rəy bildir