Lion Ceccah litvalı müğənni və bəstəkar olaraq pop və alternativ pop üslubunda ifaları ilə tanınır. Əsl adı Tomas Alenčikas olan Lion Ceccah 1 avqust 1991-ci ildə Vilnüs, Litvada dünyaya göz açıb. Uşaqlıqdan musiqiyə maraq göstərən Lion Ceccah skripka üzrə təhsil alıb, həmçinin rəqslə məşğul olub. Daha sonra o, “Vilnius College”də səhnə sənətləri üzrə bakalavr, Vytautas Magnus Universiteti Musiqi Akademiyasında isə magistr dərəcəsini tamamlayıb.
Lion Ceccah musiqi karyerasına 2010-cu illərin əvvəllərində başlayıb. İlk illərdə “Alen Chicco” səhnə adı ilə çıxış edərək Litvada müxtəlif televiziya layihələrində və musiqi yarışmalarında iştirak edib. Fərqli səhnə üslubu, teatr elementləri ilə zəngin performansları və güclü vokalı sayəsində qısa zamanda diqqət çəkməyi bacarıb.
Onun ilk albomu “Aš čia” (2018) adı ilə yayımlanıb və bu albomdakı eyni adlı mahnı onun ilk hitlərindən biri olub. Ondan sonra Lion Ceccah bir sıra pop və elektron üslublu mahnılar təqdim edib. Ən tanınmış ifaları arasında “Your Cure”, “Sexy Song”, “Humana”, “Vilnius”, “Somewhere Out There”, “Lithuanian Queen”, “Wanna Know”, “Do You?” və “Drobė” yer alır. Bu mahnılar ona Litvada populyarlıq qazandırıb.
Lion Ceccah bir neçə dəfə Litvanın Avroviziya milli finalı olan “Eurovizija.LT” iştirak edib. 2025-ci ildə “Drobė” mahnısı ilə finala yüksələrək yüksək nəticə əldə edib.
2026-cı ildə isə o, “Sólo quiero más” mahnısı ilə qalib olaraq Litvanı “Avroviziya 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb. Mahnı müasir pop və elektron elementlərini birləşdirir və əsasən insanın həyatdakı arzularına, daha çox şey istəyinə və duyğuların enerjisinə fokuslanır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






