Tanış Ol – JIVA

Cəmilə Həşimova, səhnə adı ilə JIVA, Azərbaycanlı müğənni və söz yazarıdır. O, 9 sentyabr 1982-ci ildə Moskva şəhərində anadan olub.

JIVA pop, dance və R&B janrlarında ifa edir və mahnılarını Azərbaycan və İngilis dillərində təqdim edir.

Cəmilə musiqi karyerasına 2003-cü ildə başlamışdır. O, həmçinin 2011-ci ildə Azərbaycan milli seçim turunda iştirak edib. 2025-ci ilin fevralında “The Voice of Azerbaijan”ın üçüncü mövsümündə iştirak edərək bütün münsiflərin diqqətini çəkmiş və Röyanın komandasını seçərək finala çıxıb. May ayında tele-səsvermə nəticəsində yarışmanın qalibi olub.

Jivanın Röya Ayxanla olan “Ağlama” dueti ölkə gündəmində rəğbətlə qarşılanmışdı.

Onun repertuarına “Stop Crying”, “Hey Guy”, “Telefon Söhbəti”, “Kəpənək” (Cris Taylor ilə), “Yalan”, “Rəqs Et”, “İsti Nəfəsin” və “Just Go” mahnıları daxildir.

JIVA həmçinin Bakı Payızı müsabiqəsində və Montreux Jazz Festivalda çıxış etmiş, həm solo, həm də Rast və Hazz Band ilə musiqi fəaliyyətini davam etdirmişdir.

6 mart 2026-cı ildə İctimai Televiziya tərəfindən keçirilən daxili seçim turunun qalibi olan JIVA Avroviziya müsabiqəsində Azərbaycanı “Just Go” adlı mahnı ilə təmsil edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Jonas Lovv

Tanış Ol – ESSYLA

Rəy bildir