Tanış Ol – ESSYLA

Essyla (Əsl adı Alice Van Eesbeeck) 1997-ci il martın 27-də Belçikada Walloon Brabant əyalətində anadan olub. Onun səhnə adı olan “Essyla”, doğum adı olan “Alice” sözünün tərsinə çevrilməsi ilə yaradılmış bir formadır.

O, 2019-cu ildə İsveçin Göteborq şəhərində keçirilən “Eurovision Choir” müsabiqəsində Belçikanı təmsil edən Almakalia xorunun tərkibində çıxış edib. 2020-ci ildə Essyla, hələ doğum adı ilə çıxış edərkən, “The Voice Belgique” yarışmasının doqquzuncu mövsümündə iştirak edib. 2023-cü ildə o, ilk sinqlı olan “Let You Go” mahnısını yayımlayıb.

19 fevral 2026-cı ildə elan olunub ki, Essyla “Dancing on the Ice” mahnısı ilə Vyanada Belçikanı təmsil edəcək. Essyla 12 mayda “Avroviziya 2026″nın birinci yarımfinalında çıxış edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – JIVA

Tanış Ol – Senhit

Rəy bildir