Azərbaycanın “Avroviziya 2026” mahnısı yayımlandı – JIVA “Just Go” deyəcək!

Azərbaycanı Avstriyanın Vyana şəhərində keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək mahnı az öncə təqdim edilib.

Ölkəmizi JIVA “Just Go” adlı mahnısı ilə “Avroviziya 2026”nın ikinci yarımfinalında təmsil edəcək.

Azərbaycanın “Avroviziya 2026” mahnısı

Azərbaycan son illərdə olduğu kimi bu il də yerli bəstəkar və komanda ilə Avroviziyaya qatılmağa davam edir.

Belə ki, mahnımızın söz və musiqisi Fuad Cavadova məxsusdur. Klipin rejissoru isə Fərhad Əlidir. Bundan başqa, klipdə aktyor kimi Emin Hüseynov da rol alıb.

“Just Go”nun arenjimanını Anar Keytarman, mix və mastering işlərini isə Rüstəm Rzayev həyata keçirib.

Çəkiliş heyətində focus puller kimi Elvin Süleymanov, texnik olaraq Ruslan Rəsimoğlu, assistent kimi isə Ələkbər Ələkbərli çalışıb.

Layihənin saç və makiyajı Elnur Həsənov, stil işi isə Leyli Polayeva tərəfindən hazırlanıb.

Mahnımız pop-ballad janrında olub, özündə etnik ünsürlər daşıyır. Mahnının sonunda doğma dilimizdə kiçik bir hissə də yer alır.

Azərbaycanın ikinci yarımfinalın birinci hissəsində çıxış edəcəyi bəlli olsa da, hansı nömrə altında çıxış edəcəyi daha sonra bəlli olacaq.

Qeyd edək ki, ölkəmizi “Avroviziya 2026”da “Səs Azərbaycan 2025” qalibi Cəmilə Həşimova (JIVA) təmsil edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Çexiyanı “Avroviziya 2026″da Daniel Žižka təmsil edəcək

Zəhra Bədəlbəyli Avroviziyadan yazdı – “Mənim Azərbaycanım buna layiq deyil!”

Rəy bildir