Çexiyanı “Avroviziya 2026″da Daniel Žižka təmsil edəcək

Çexiyanı bu il keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində kimin təmsil edəcəyi məlum olub. Ölkənin bayrağını Vyana şəhərində baş tutacaq müsabiqədə Daniel Žižka dalğalandıracaq.

Çexiya “Avroviziya 2026” üçün sənətçisini açıqlayan son ölkələrdən biri olub. Son günlər ölkənin rəsmi Avroviziya Instagram səhifəsində paylaşılan bir postdan sonra təmsilçinin kim olacağı ilə bağlı müzakirələr artmışdı.

Nəhayət, bu gün rəsmi şəkildə elan edildi ki, Çexiyanı müsabiqədə 23 yaşlı müğənni və bəstəkar Daniel Žižka təmsil edəcək.

Sənətçi Avroviziya səhnəsində “Crossroads” adlı mahnı ilə çıxış edəcək. Mahnının rəsmi təqdimatı 11 mart tarixində saat 23:00-da baş tutacaq.

Praqadan olan Daniel Žižka yüksəlməkdə olan müğənni-bəstəkar və aktyordur. Onun musiqisi indie pop və ambient üslubunun elementlərini birləşdirir. O, daha əvvəl başqa səhnə adı ilə də musiqi yayımlayıb və həmin dövrdə Çexiyanın pop radio siyahılarında uğur qazanıb.

Hazırda isə sənətçi musiqilərini öz adı ilə yayımlayır və yaxın vaxtlarda debüt EP albomunu təqdim etməyə hazırlaşır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Bandidos do Cante

Azərbaycanın “Avroviziya 2026” mahnısı yayımlandı – JIVA “Just Go” deyəcək!

Rəy bildir