Bolqarıstanda “Avroviziya 2026” üçün mahnı seçimi başa çatıb. Ölkəni müsabiqədə təmsil edəcək DARA “Bangaranga” adlı mahnı ilə səhnəyə çıxacaq.
Seçim bu axşam Sofiyada, Bulgarian National Television (BNT) tərəfindən canlı yayımlanan milli finalda baş tutub. Gecədə DARA üçün xüsusi olaraq hazırlanmış üç mahnı təqdim olunub və qalib həm münsiflərin, həm də onlayn tamaşaçıların səsverməsi ilə müəyyənləşib. Qaydalara əsasən, 10 nəfərlik münsiflər heyəti mahnılara 1-dən 3-ə qədər bal verib, tamaşaçılar isə favoritlərini onlayn səsvermə ilə seçiblər. Tamaşaçı səsverməsini böyük səs fərqi ilə “Bangaranga” qazanıb.
Mahnılar eyni studioda əvvəldən lentə alınıb. İlk mahnı “This is me” adlanıb. Emosianal ballada ilə özünü izləyicilərə təqdim etdikdən sonra DARA “Curse” adlı ikinci mahnını oxuyub. Əvvəlki mahnıyla müqayisədə hərəkətli və enerji dolu performans sərgiləyən DARA sonuncu mahnısı “Bangaranga”nı səsləndirib. Hərəkətli mahnı hər kəsin rəğbətini qazanaraq qalib olub.
Final gecəsi xüsusi çıxışlarla da yadda qalıb. Deep Zone Project səhnədə “Freedom To Love” mahnısını ifa edib. Qrup Bolqarıstanı “Avroviziya 2008″də təmsil etmişdi. Bundan başqa, Bon-Bon və B!ON Avroviziya mahnılarından cover versiyalar səsləndiriblər. Bon-Bon Bolqarıstanı “Uşaq Avroviziyası 2007″də təmsil edib.
Gecədə həmçinin Lüksemburqu “Avroviziya 2026″da təmsil edəcək Eva Marija və San-Marino təmsilçisi kimi tanınan Senhit də çıxış ediblər.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






