Almaniyanın “Das Deutsche Finale” milli final müsabiqəsi bu gün baş tutacaq. Barbara Schöneberger və Hazel Brugger’in aparıcılığı ilə keçiriləcək müsabiqədə tamaşaçıları musiqi dolu şou gözləyir.
Müsabiqədə ümumilikdə 9 çıxış olacaq. Çıxış ardıcıllığı isə aşağıdakı kimidir:
1. BELA – Herz
2. Dreamboys the Band – Jeanie
3. Laura Nahr – Wonderland
4. Malou Lovis – When I’m with you
5. MOLLY SUE – Optimist (Ha Ha Ha)
6. MYLE – A OK
7. RAGAZZKI – Ciao Ragazzki
8. Sarah Engels – Fire
9. Wavvyboi – Black Glitter

Müsabiqədə səsvermə ikimərhələli şəkildə keçiriləcək: İlk mərhələdə 20 müxtəlif ölkədən olan 20 nəfərlik beynəlxalq münsiflər heyəti ilk 3-lükdə olacaq superfinalistləri seçəcəklər. Səsvermənin ikinci mərhələsində isə seçilmiş 3 superfinalist arasından yekun qalib tamaşaçı səsverməsi yolu ilə seçiləcək. Qeyd edək ki, tamaşaçı səsverməsi beynəlxalq auditoriyadan olan hər kəs üçün açıq olacaq.
Müsabiqədə bəzi xüsusi qonaqlar da iştirak edəcəklər. Keçən il “Das Deutsche Finale” qalibləri Abor & Tynna və “Avroviziya 2018″də Almaniyanı təmsil etmiş Michael Schulte bu qonaqlar arasında olan bəzi adlardır.
Müsabiqəni canlı olaraq Avroviziyanın rəsmi YouTube kanalından izləyə bilərsiniz. Canlı yayım Bakı vaxtı ilə 23:15-də başlayacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






