Bu gün Bakı vaxtı ilə saat 23:00-da Finlandiya milli finalı “UMK 2026”nın finalı baş tutacaq. Müsabiqənin qalibi “Avroviziya 2026″da Finlandiya bayrağını dalğalandırma şansı qazanacaq. Müsabiqə keçən il olduğu kimi bu il də Finlandiyanın ən böyük arenalarından biri olan Nokia Arenada keçiriləcək.

Müsabiqədə ümumilikdə 7 çıxış olacaq. Çıxışların ardıcıllığı bu formadadır:
- Komiat – “Lululai“
- Etta – “Million Dollar Smile“
- Kiki – “Rakkaudenkipee”
- Antti Paalanen – “Takatukka”
- CHACHI – “Cherry Cake“
- Sinikka Monte – “Ready to Leave“
- Linda Lampenius x Pete Parkkonen – “Liekinheitin“
Müsabiqədə səsvermə isə 75% tamaşaçı səsləri və 25% beynəlxalq münsiflərin səsləri olaraq bölünüb.
Əlavə olaraq müsabiqədə “UMK 2025” qalibi Erika Vikman və “Avroviziya 2025″in qalibi JJ birlikdə interval akt olaraq çıxış edəcəklər. Bundan savayı, tamaşaçıları digər interval aktları da gözləyir.
Müsabiqəni canlı olaraq Finlandiya rəsmi yayımçısı olan YLE-nin onlayn platormasından izləyə bilərsiniz. Müsabiqənin həmin platformada müxtəlif dillərdə yayımlanması nəzərdə tutulur.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






