İtaliyanın köklü musiqi festivalı olan “76-cı Sanremo Musiqi Festivalı” dörd gecənin ardından bu gecə final edəcək.
Ölkənin musiqi industriyasının tanınmış 30 müğənnisi bu gecə festivalda qalib olmaq üçün mübarizə aparacaq. İştirakçılar və onların mahnıları aşağıdakı kimidir:
- Arisa – “Magica favola” (Magical tale)
- Bambole di pezza – “Resta con me” (Stay with me)
- Chiello – “Ti penso sempre” (I’m always thinking of you)
- Dargen D’Amico – “Ai ai”
- Ditonellapiaga – “Che fastidio!” (How annoying!)
- Eddie Brock – “Avvoltoi” (Vultures)
- Elettra Lamborghini – “Voilà”
- Enrico Nigiotti – “Ogni volta che non so volare” (Every time I can’t fly)
- Ermal Meta – “Stella stellina” (Star, little star)
- Fedez & Masini – “Male necessario” (Necessary evil)
- Francesco Renga – “Il meglio di me” (The best of me)
- Fulminacci – “Stupida sfortuna” (Stupid bad luck)
- J-Ax – “Italia Starter Pack”
- LDA & Aka 7even – “Poesie Clandestine” (Clandestine poems)
- Leo Gassmann – “Naturale” (Natural)
- Levante – “Sei tu” (It’s you)
- Luchè – “Labirinto” (Maze)
- Malika Ayane – “Animali notturni” (Nocturnal animals)
- Mara Sattei – “Le cose che non sai di me” (The things you don’t know about me)
- Maria Antonietta & Colombre – “La felicità e basta” (Happiness, that’s all)
- Michele Bravi – “Prima o poi” (Sooner or later)
- Nayt – “Prima che” (Before)
- Patty Pravo – “Opera”
- Raf – “Ora e per sempre” (Now and forever)
- Sal Da Vinci – “Per sempre sì” (Forever yes)
- Samurai Jay – “Ossessione” (Obsession)
- Sayf – “Tu mi piaci tanto” (I really like you)
- Serena Brancale – “Qui con me” (Here with me)
- Tommaso Paradiso – “I romantici” (The romantics)
- Tredici Pietro – “Uomo che cade” (Man who falls)
Festivalın aparcıları Carlo Conti və “Avroviziya 2022” aparıcılarından Laura Pausini olacaq.
Qalib necə müəyyən olunacaq?
“Sanremo 2026”da qalibin kimliyinə ötən dörd gecənin nəticələrinin toplamı aydınlıq gətirəcək.
Yəni, qalib 33% press jury, 33% radio jury və 34% xalq səsverməsi ilə təyin olunacaq.
Səsvermə bağlandıqdan sonra yekun sıralama bu gecənin və birinci, ikinci, üçüncü gecələrin faiz nəticələrinin ortalaması əsasında müəyyən ediləcək.
Ən yaxşı üçlükdə yer alan ifaçılar son səsvermə mərhələsinə keçəcəklər və burada da eyni çəki (33, 33, 34%) sistemi tətbiq olunacaq.
Ümumi ilk üçlük isə əvvəlki nəticələrlə final mərhələsinin səsvermə nəticələrinin birləşdirilməsi ilə müəyyən ediləcək.
Qeyd edək ki, İtaliyanın “Avroviziya 2026” təmsilçisi də bu festivaldan seçiləcək. Festivalın qalibinin Avroviziyaya getmə hüququ olsa da, müğənni bu şansdan imtina edə bilər.
Bu halda yayımçı kanal RAI, festivaldan istədiyi bir müğənnini seçib Avroviziyaya göndərə bilər.
Hazırda müsabiqənin mərclərində Fedez & Marco Masini birinci sırada yer alır. Daxildən gələn məlumatlara görə isə, ikili festivalın qalibi olarsa Avroviziyadan imtina edə bilər.
Festivalı Bakı vaxtı ilə saat 23:45-də başlayıb səhər saatlarına qədər davam edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






