Norveç bu gün “Avroviziya 2026” təmsilçisini seçir – “Melodi Grand Prix 2026” baş tutacaq

Bu gün Norveçdə “Melodi Grand Prix 2026” mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Sözügedən seçim turunun qalibi ölkəni “Avroviziya 2026” səhnəsində təmsil etmək hüququ əldə edəcək. Final bu axşam Bakı vaxtı ilə 21:45-də yayımlanacaq.

Final mərhələsində ümumilikdə doqquz ifaçı mübarizə aparacaq. Qalib 50% peşəkar münsiflər heyəti və 50% tamaşaçı səsverməsi əsasında müəyyən ediləcək. Bu il digər illərdən fərqli olaraq sonuncu finalçı tamaşaçıların səsverməsi ilə, xüsusi MGP kuboku vasitəsilə müəyyənləşib.

Qalib “Nitimen” proqramında və NRK.no saytında açıqlanacaq.

Finalda çıxış edəcək iştirakçılar aşağıdakılardır:

Alexander Rybak – “Rise”

Emma – “Northern Lights”

Hedda Mae – “Snap Back”

Jonas Lovv – “Ya Ya Ya”

Leonardo Amor – “Prayer”

Mileo – “Frankenstein”

Silke – “Forevermore”

Storm – “Lullaby”

Skrellex – “Into the Wild”

Qeyd edək ki, hazırda favoritlər sırasında xüsusilə “Avroviziya 2009” qalibi kimi tanınan Alexander Rybakın “Rise” mahnısı ön plana çıxır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Bolqarıstan bu gün “Avroviziya 2026” mahnısını seçir

“Sanremo 2026” festivalı bu gün yekunlaşır – İtaliyanın təmsilçisi kim olacaq?

Rəy bildir