İsveçin Avroviziya 2026 təmsilçisini müəyyən edəcək ənənəvi milli seçim turu “Melodifestivalen 2026” bu axşam beşinci tur mərhələsi ilə davam edəcək.
Müsabiqənin finaldan əvvəlki son mərhələsi bu gün, 28 fevral 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 23:00–00:30 aralığında “Gärdehov Arena” səhnəsində baş tutacaq. Digər turlarda olduğu kimi bu turda da,gecənin aparıcıları tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvold olacaq.
Səsvermə sistemi ənənəyə sadiq qalaraq 100% tamaşaçı səsverməsinə əsaslanacaq. İzləyicilər müsabiqəni “SVT Play” üzərindən canlı izləyə, həmçinin tətbiq vasitəsilə öz favoritlərinə səs verə biləcəklər.
Bu turda səhnəyə çıxacaq 6 iştirakçıdan yalnız ikisi birbaşa finala vəsiqə qazanacaq. Üçüncü yeri tutan ifaçı isə “İkinci şans” mərhələsinə keçərək final üçün son şansını əldə edəcək.
Beşinci turda çıxış sıralaması belə müəyyənləşib:
- AleXa – “Tongue Tied”;
- Juliett – “Långt från alla andra”;
- Bladë – “Who You Are”;
- Lilla Al-Fadji – “Delulu”;
- Vilhelm Buchaus – “Hearts Don’t Lie”;
- Sanna Nielsen – “Waste Your Love”.
Beşinci turun dərhal ardından, saat 00:30–01:00 aralığında yenidən “Gärdehov Arena” səhnəsində “İkinci şans” mərhələsi keçiriləcək. Bu mərhələdə ümumilikdə 5 iştirakçı mübarizə aparacaq. Bu mərhələyə finalda son iki yer uğrunda mübarizə aparacaq ifaçılar bunlardır:
- Jacqline – “Woman”;
- Robin Bengtsson – “Honey Honey”;
- Eva Jumatate – “Selfish”;
- Meira Omar – “Dooset Daram”;
- Beşinci turun üçüncü yeri
Qaydalara əsasən, öz yarımfinalında ən yüksək səs faizini toplamış iştirakçı avtomatik olaraq finala yüksələcək. Qalan dörd ifaçı arasında isə tamaşaçı səsverməsi nəticəsində son finalçı müəyyən ediləcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






