Bolqarıstan bu gün “Avroviziya 2026” mahnısını seçir

Bu gün Bolqarıstanda ölkəni “Avroviziya 2026” təmsil edəcək DARA-nın oxuyacağı mahnı seçiləcək.

27 yaşlı ifaçı dörd həftə əvvəl Bolqarıstanın “Avroviziya 2026” üzrə rəsmi təmsilçisi elan olunmuşdu. İndi isə növbə mahnının müəyyənləşməsinə çatıb. Bolqarıstan üç illik fasilədən sonra Avroviziya səhnəsinə qayıdır və bu axşamkı seçim ölkə üçün xüsusi əhəmiyyət daşıyır.

Canlı yayım bu gün, 28 fevral saat 23:00-da Sofiyadakı BNT-nin Studio 1 məkanından təşkil olunacaq. Şou Bulgarian National Television (BNT) tərəfindən yayımlanacaq. Gecəni Georgi Lyubenov və Boryana Gramatikova aparacaq. Səhnəarxasından isə Vladimira İliva reportajlar təqdim edəcək.

Bu axşam tamaşaçılara DARA üçün xüsusi olaraq “Avroviziya 2026” nəzərə alınaraq yazılmış üç mahnı təqdim olunacaq. Məlumata görə, sənətçi son həftələrdə prodüser komandası ilə intensiv işləyib. İsveç, Rumıniya və Bolqarıstandan tanınmış bəstəkarların mahnıları dinlənilib. Həmçinin ötən yay Sofiyada keçirilən mahnı düşərgəsində yazılan bəstələr də seçim prosesinə daxil edilib.

Fevral ayında DARA Rumıniyaya səfər edərək bir neçə mahnı yazdırıb. Finala çıxan üç mahnı məhz bu mərhələdən seçilib. İfaçı studiyada rumıniyalı prodüser Cristian Tarcea və məşhur yunan bəstəkarı Dimitris Kontopoulos ilə də çalışıb. Kontopoulos son illərdə Avroviziyanın tanınmış müəlliflərdən biri hesab olunur.

Qalib mahnı münsiflər heyəti və onlayn tamaşaçı səsverməsinin nəticəsinə əsasən müəyyən ediləcək. On nəfərlik münsiflər heyəti hər mahnıya 1-dən 3-ə qədər bal verəcək. Onlayn səsvermədə isə mahnılar 3, 2 və 1 balla qiymətləndiriləcək. Bərabərlik olarsa, tamaşaçı səsi həlledici olacaq.

Final gecəsində xüsusi qonaqlar da çıxış edəcək. Deep Zone Project “Freedom To Love” mahnısını səsləndirəcək. Qrup Bolqarıstanı “Avroviziya 2008″də təmsil edib.

Bundan başqa, Bon-Bon və B!ON Avroviziya mahnılarından cover versiyalar ifa edəcək. Bon-Bon Bolqarıstanı “Uşaq Avroviziyası 2007″də “Bonbolandiya” mahnısı ilə təmsil etmişdi.

Gecədə həmçinin Lüksemburqu “Avroviziya 2026″da təmsil edəcək Eva Marija və San-Marinonu dəfələrlə yarışmada təmsil etmiş Senhit də səhnəyə çıxacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Serbiya bu gün təmsilçisi və mahnısını seçir

Norveç bu gün “Avroviziya 2026” təmsilçisini seçir – “Melodi Grand Prix 2026” baş tutacaq

Rəy bildir