Tanış Ol – LELEK

LELEK Xorvatiyada 2024-cü ildə Zaqreb şəhərində yaranmış etno-pop musiqi qrupudur. Qrup ə musiqilərində klassik Xorvatiya folklor motivlərini müasir pop tonları ilə birləşdirir. LELEK 5 qadın vokalistdən ibarətdir:

  • Inka Večerina Perušić;
  • Judita Štorga;
  • Korina Olivia Rogić;
  • Lara Brtan;
  • Marina Ramljak.

Qrupun ad seçimi də mənalıdır: “Lelek” folklorik ifalarda səslənən ənənəvi çağırış və vokal ifadəni xatırladır, bu da qrupun etno köklərinə bağlılığının təcəssümüdür.

Ansambl 2024-cü ildə hələ çox təzə olmasına baxmayaraq Xorvatiya musiqi səhnəsində tez nəzərə çarpmağı bacarıb. LELEK müsiqi fəaliyyətinə sosial şəbəkələrdə ənənəvi xalq mahnılarına etdiyi müasir tərzdə kiçik “cover”lər ilə başlamış və bu ifalar geniş dinləyici qrupunun diqqətini cəlb etmişdir.

“LELEK” qrupunun ilk sinqlı “Tanani Nani” 2024-cü ildə işıq üzü görüb.

2025-ci il qrupun beynəlxalq auditoriyaya çıxış etməsi baxımından böyük önəm daşıyır. Belə ki, qrup həmin il ölkəsini Avroviziya mahnı müsabiqəsində təmsil etmək məqsədilə “Dora 2025″də “The Soul of My Soul” adlanan mahnı ilə iştirak edib. Final gününədək “eurofanlar”ın favoriti olan qrup 102 xalla 4-cü yerdə qərarlaşıb.

Daha sonra qrupun Xorvatiyalı müğənni MARIN ilə “Tane” adlanan düeti yayımlanıb. İfa böyük rəğbət toplayaraq “YouTube” platformasında 1 milyondan çox izlənilib.

10 Dekabr tarixində qrupun yenidən “Dora”da iştirak edəcəyi elan olunub. “Andromeda” adlı mahnı ilə qrupun təkcə Avroviziya fanatlarının deyil, həm münsiflər heyətinin, həm də tamaşaçıların ürəklərini fəth edib. Çıxış zamanı diqqəti çəkən bir digər amil isə qadınların identikliyini qorumaq üçün Osmanlı dövründə tətbiq etdikləri “sicanje” motivləri olub. Qadınların əsir götürülərək sultanın hərəminə aparılmamaq üçün əllərinə və üzlərinə tatu çəkmək adətindən istifadə edən qrup çıxışlarındakı etnikliyə biraz da tarix qatıb.

15 Fevral tarixində baş tutan final gecəsində 173 xalla birinci olan LELEK ölkəsini 70-ci Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüquqi qazanıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Melodifestivalen: Bu gün dördüncü tur baş tutacaq

Melodifestivalen: Dördüncü tur baş çatdı

Rəy bildir