Melodifestivalen: Dördüncü tur baş çatdı

İsveçin milli seçim turu “Melodifestivalen 2026″nın dördüncü turu başa çatıb.

Sözügedən mərhələ bu gecə, 21 fevral 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 23:00–00:30 aralığında yayımlanıb. Mərhələyə Malmö şəhərində yerləşən və beynəlxalq miqyaslı konsertlərə, idman və televiziya layihələrinə ev sahibliyi ilə tanınan “Malmö Arena” ev sahibliyi edib. Gecənin aparıcıları tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvold olub.

Dördüncü turda İsveç ictimai yayımçısının rəsmi rəqəmsal platforması olan SVT Play vasitəsilə birbaşa yayımlanıb. Tamaşaçılar həm televiziya yayımı, həm də mobil tətbiq üzərindən şounu izləmək imkanı əldə ediblər. Bu mərhələdə nəticələr tam şəkildə ictimai səsvermə əsasında formalaşıb, yəni qərar yalnız tamaşaçıların verdiyi səslərə əsaslanıb.

Dördüncü turun səhnə ardıcıllığı aşağıdakı kimi olub:

  1. Cimberly – “Eternity”;
  2. Timo Räisänen – “Ingenting är efter oss”;
  3. Meira Omar – “Dooset Daram”;
  4. Felix Manu – “Hatar att jag älskar dig”;
  5. Erika Jonsson – “Från landet”;
  6. Smash Into Pieces – “Hollow”.

Şou qədər nəticələr də, böyük marağa səbəb olub. Səsvermə nəticələrinə görə:

Finala keçənlər:

  1. Smash Into Pieces;
  2. Cimberly;

İkinci şansa keçən:

—Meira Omar.

Xatırladaq ki, növbəti mərhələdə Amerikan mahnı müsabiqəsi qalibi AleXa iştirak edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – LELEK

“Eurovizija.lt 2026”da beşinci yarımfinal nəticələri bəlli olub

Rəy bildir