Melodifestivalen: Bu gün dördüncü tur baş tutacaq

İsveçin Avroviziya mahnı müsabiqəsi üçün təmsilçisini və mahnısını müəyyənləşdirdiyi ən mötəbər milli seçim turu “Melodifestivalen 2026” bu gün növbəti mərhələsi ilə davam edir

Müsabiqə bu gecə Bakı vaxtı ilə saat 23:00–00:30 aralığında baş tutacaq. Gecəyə Malmö şəhərində yerləşən “Malmö Arena” ev sahibliyi edəcək. Avropa səviyyəli iri tədbirlərə ev sahibliyi ilə tanınan arena daha əvvəl də Avroviziya və “Melodifestivalen” səhnələrinə şahidlik edib. Şounun aparıcıları tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvold olacaq.

Səsvermə sistemi ilk üç mərhələdə olduğu kimi tamamilə tamaşaçıların ixtiyarına verilib. Tamaşaçılar müsabiqəni SVT Play platforması üzərindən, eləcə də mobil tətbiq vasitəsilə izləyə bilərlər.

Dördüncü turda ümumilikdə altı iştirakçı səhnəyə çıxacaq. Onlardan iki nəfər birbaşa finala vəsiqə qazanacaq, bir iştirakçı isə “İkinci şans” mərhələsinə yüksələcək.

Dördüncü turun səhnə ardıcıllığı aşağıdakı kimidir:

  1. Cimberly – “Eternity”;
  2. Timo Räisänen – “Ingenting är efter oss”;
  3. Meira Omar – “Dooset Daram”;
  4. Felix Manu – “Hatar att jag älskar dig”;
  5. Erika Jonsson – “Från landet”;
  6. Smash Into Pieces – “Hollow

Bu turda “eurofanlar”ın böyük maraqla gözlədiyi Meira Omarın çıxışı indidən böyük rəğbət toplayıb. Mərclərdə isə, “Smash into Pieces” qrupu birinci yerdədi.

Xatırladaq ki, Meira Omar ötən il birbaşa finala vəsiqə qazanmasa da, maraqlı səhnə şousu və ifası ilə ilinin ən çox izlənilən milli seçim turu çıxışlarından olub.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avstriyanı “Avroviziya 2026″da Cosmó təmsil edəcək

Tanış Ol – LELEK

Rəy bildir