Avstriyanın milli seçim turu yekunlaşıb: Cosmó “Tanzschein” mahnısı ilə müsabiqənin qalibi olub və ev sahibi ölkənin təmsilçisi olmaq şansını qazanıb. Alice Tumler və Cesár Sampson’un aparıcılığı ilə keçirilən milli final müsabiqəsində qalibi müəyyən etmək üçün səsvermə 50% münsif və 50% xalq səsverməsi şəklində olub.
Münsif səsverməsinin qalibi Lena Schaur olub, xalq səsverməsinin də hesablanmasından sonra yekun qalib Cosmó olub. Avstriya 14 mayda 2-ci yarımfinalda və ev sahibi olaraq 16 mayda final turunda çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






