Danimarkanın “Avroviziya 2026” təmsilçisi Søren Torpegaard Lund 1998-ci il 23 dekabrda Danimarkanın Gudme şəhərində anadan olub.
O, musiqi sahəsində ilk addımlarını artıq məktəb illərində atıb. Søren 17 yaşında Danimarka Səhnə Sənətləri Məktəbinin bir bölməsi olan “Musicalakademiet” akademiyasına qəbul olub və burdan 2019-cu ildə məzun olub.
Növbəti illər boyunca müxtəlif teatr çıxışları ilə tanınan Søren ilk dəfə 2023-cü ildə Avroviziyada öz ölkəsini “Lige her” mahnısı ilə təmsil etməyə cəhd etdi, lakin həmin il keçirilən “Dansk Melodi Grand Prix 2023” milli seçim müsabiqəsində 7-ci yer tuta bildi.
2026-cı ildə o, yenidən Danimarka milli seçimlərində “Før vi går hjem” mahnısı ilə iştirak etdi və uğurla müsabiqənin qalibi olaraq Danimarkanı “Avroviziya 2026”-da təmsil etmə şansı qazandı. Öz mahnısı ilə bağlı danışarkən Søren bunu demişdi:
“Bu mahnıda fasilə yoxdur, çünki bu, bir uzun hərəkatdan ibarətdir. Heç vaxt dayanmayan bir gecə! Bu mahnı həm turş, həm də şirin bir konfet kimidir”
Søren 14 mayda “Avroviziya 2026” müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






