İsveçin milli seçim turu “Melodifestivalen 2026″nın üçüncü turu başa çatıb.
Avroviziya mahnı müsabiqəsində İsveç təmsilçisinin və mahnısının müəyyənləşdiriləcəyi ənənəvi müsabiqədə bu gecə 6 iştirakçı səhnəyə çıxaraq finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.
Hər turu fərqli şəhər və arenada keçirilən seçim mərhələsinin üçüncü turu Kristianstad şəhərində yerləşən məşhur “Kristianstad Arena”da baş tutub. Gecəyə əyləncəli zarafatları ilə şouya rəng qatan Gina Dirawi və Hampus Nessvold aparıcılıq ediblər.
Üçüncü turda səhnəyə çıxan iştirakçılar və mahnıları aşağıdakılar olub:
- Patrik Jean – “Dusk Till Dawn”;
- Korslagda – “King of Rock ‘n’ Roll”;
- Emilia Pantić – “Ingenting”;
- Medina – “Viva L’Amor”;
- Eva Jumatate – “Selfish”;
- Saga Ludvigsson – “Ain’t Today”.
Əvvəlki iki turda olduğu kimi, bu turda da nəticələr 100% tamaşaçı səsverməsi ilə müəyyənləşdirilib.
Gecənin nəticələri isə belə olub:
Finala keçənlər:
- Medina;
- Saga Ludvigsson.
İkinci şansa vəsiqə qazanan:
- Eva Jumatate.
İsveçdə seçim mərhələsi növbəti həftə dördüncü turla davam edəcək. Həmin mərhələdə isə keçən il “eurofan”lar arasında böyük rəğbət toplayan Meira Omar da yarışacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






