“Eesti Laul 2026” milli seçim turunun qalibi bəlli olub. Estoniyanı “Avroviziya 2026” mahnı müsabiqəsində Vanilla Ninja “Too Epic To Be True”mahnısı ilə təmsil edəcək.
Səsvermə iki mərhələdə keçirilib. Birinci turda tamaşaçı səsləri və münsiflər heyətinin birgə qərarı ilə ən yüksək nəticə göstərən üç ifaçı- Noëp, Ollie, Vanilla Ninja superfinala vəsiqə qazanıblar.
Həlledici mərhələdə isə qalib yalnız tamaşaçı səsverməsi ilə müəyyən olunub.
Gərgin mübarizə şəraitində keçən gecənin sonunda Estoniyanı “Avroviziya 2026” səhnəsində təmsil edəcək ifaçı seçilib.
Final gecəsini Korea və Karl-Erik Taukar aparıblar.
Qeyd edək ki, Estoniya “Avroviziya” tarixində 2001-ci ildə Tanel Padar və Dave Benton tərəfindən ifa olunan “Everybody” mahnısı ilə qalib gəlib və 2002-ci ildə müsabiqəyə ev sahibliyi edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






