Latviya bu gün “Avroviziya 2026” mahnı müsabiqəsində ölkəni təmsil edəcək ifaçını müəyyənləşdirəcək.
Ölkənin milli seçim turu olan “Supernova 2026” bu axşam keçiriləcək Böyük Final mərhələsi ilə başa çatacaq. Gecənin sonunda Baltikyanı ölkənin 70-ci “Avroviziya 2026” səhnəsinə göndərəcəyi ad açıqlanacaq.
Finalda 10 ifaçı qələbə uğrunda mübarizə aparacaq:
De Mantra – “Let Them”
ELPO – “Blaķus”
Krisy – “Take It”
Kautkaili – “Te Un Tagad”
Legzdina – “Ribbon”
Emilija – “All I Ever Had”
Atvara – “Ēnā”
Robert Ox – “Ravin’ At The Taj Mahal”
Tikasha Sakama – “#010126 CODA”
Miks Galvanovskis – “Cruel Angel”
Qalib tamaşaçı səsverməsi və peşəkar münsiflər heyətinin səslərinin birləşdirilməsi ilə müəyyən ediləcək.
Seçim turuna artıq beşinci ildir ki, Ketija Šēnberga və Lauris Reiniks aparıcılıq edir. Ketija bu rolda doqquzuncu dəfə tamaşaçı qarşısına çıxır. Lauris Reiniks isə 2003-cü ildə keçirilmiş Avroviziya müsabiqəsində F.L.Y. qrupunun tərkibində “Hello From Mars” mahnısı ilə Latviyanı təmsil edib. Bu il aparıcı heyətinə Māra Sleja da qoşulub.
“Supernova 2026″nın Böyük Finalı saat 23:10-da başlayacaq və ölkənin ictimai televiziya kanalında, həmçinin Avroviziyanın rəsmi YouTube kanalında canlı yayımlanacaq.
Xatırladaq ki, Latviya ötən il keçirilmiş “Avroviziya 2025” müsabiqəsində “Bur Man Laimi” mahnısı ilə çıxış edən Tautumeitas qrupu tərəfindən təmsil olunmuş və Böyük Finalda 13-cü yeri tutmuşdu. Bu axşam isə Latviya “Avroviziya 2026” üçün yeni təmsilçisini seçəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






