Avroviziya azarkeşlərinin səbirsizliklə gözlədiyi gecə gəlib çatdı.
Bu gün Avroviziya mahnı müsabiqəsinin ən uğurlu ölkələrindən Ukrayna ölkəni builki müsabiqədə təmsil edəcək ifaçı və mahnını seçəcək. Seçim turu “Vidbir 2026″nın final şousu Kiyev şəhərində Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və təxminən gecə 00:05-dək davam edəcək. Gecənin aparıcılığını Avroviziya tamaşaçılarına yaxşı tanış olan Timur Miroshnychenko və Lesia Nikitiuk edəcək.
“Vidbir 2026″nın qalibi ənənəvi qaydada 50% münsiflər heyətinin, 50% isə ictimai səsvermənin nəticələrinə əsasən müəyyənləşdiriləcək. Münsiflər heyətində Ukraynanın Avroviziya tarixində önəmli yeri olan sənətçilər və musiqi mütəxəssisləri – Zlata Ognevich (Avroviziya 2013 təmsilçisi), Ruslana (Avroviziya 2004 qalibi), Yevhen Filatov (Avroviziya 2017 aralıq çıxışındakı qrupun üzvlərindən), Vitaliy Drozdov və Kostiantyn Tomilchenko (Avroviziya 2005 çıxışında rəqqas) yer alır.
Final gecəsində ümumilikdə 10 iştirakçı səhnəyə çıxacaq. Həmin sənətçilərin doqquzu qapalı seçimlə, biri – Khayat isə onlayn səsvermə ilə seçilib. Onların çıxış ardıcıllığı keçdiyimiz günlərdə açıqlanıb:
- Valeriya Force – “Open Our Hearts”;
- Molodi – “Legends”;
- Monokate – “Tyt”;
- The Elliens – “Crawling Whispers”;
- Laud – “Lightkeeper”;
- Leléka – “Ridnym”;
- Mr. Vel – “Do or Done”;
- Khayat – “Hertsy”;
- Jerry Heil – “Catharticus”;
- ShchukaRyba – “Moia zemlia”.
Xüsusilə Go_a (Avroviziya 2020 və 2021 Ukrayna) qrupunun solisti Monokate və ölkənin Avroviziya 2024 təmsilçilərindən Jerry Heilin mahnıları müsabiqənin fanatları tərəfindən böyük rəğbət toplayıb. Azarkeşlər həm müasir səslənmələr, həm də etnik elementlərə əsaslanan ifaların Avroviziya səhnəsində necə qarşılanacağını maraqla gözləyirlər.
Vidbir 2026 finalını izləmək istəyənlər üçün yayımlar “Suspilne Kultura” telekanalı, həmçinin “Facebook” və “YouTube” platformaları üzərindən təqdim olunacaq. “YouTube”da yayımlar həm şərhsiz, həm də ingilis dilli şərhlə izləyicilərə açıq olacaq.
Xatırladaq ki, Ukraynanı keçən il “Ziferblat” qrupu “Bird of pray mahnısı təmsil edərək finalda 218 xalla 9-cu yerdə qərarlaşmışdı.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






