Bu gün İsveçdə “Melodifestivalen 2026” mahnı müsabiqəsinin ikinci tur mərhələsi baş tutacaq.
Seçim turu Bakı vaxtı ilə 23:00–00:30 aralığında, Göteborg şəhərində yerləşən “Scandinavium” arenasında keçiriləcək. Gecənin aparıcılığını müsabiqənin rekord sayda aparıcısı olmuş Gina Dirawi və Hampus Nessvold edəcək. Müsabiqəni canlı olaraq “SVT Play” platforması və mobil tətbiqi vasitəsilə canlı izləmək mümkündür.
İkinci turda 6 ifaçı səhnəyə çıxacaq və onların aqibəti tamamilə tamaşaçıların səsverməsi ilə müəyyən olunacaq. Səsvermə “SVT Play” tətbiqi və SMS vasitəsilə həyata keçirilir. Tamaşaçılar çıxışlar zamanı sevdikləri ifaçılara pulsuz şəkildə səs verə bilirlər. Bir tamaşaçı bir neçə ifaçıya səs göndərə bilər, lakin sistem nəticələrin ədalətli olması üçün xüsusi mexanizmə əsaslanır. Yayımçı kanal tərəfindən tətbiq edilən qaydaya görə səsvermə yaş kateqoriyaları üzrə aparılır (3–9, 10–15, 16–29, 30–44, 45–59, 60-74, 75+ və telefonla səsverənlər). Hər yaş qrupu öz daxilində səs paylayır və sonradan bu nəticələr birləşdirilərək yekun sıralama formalaşdırılır. Bu üsul bütün yaş qruplarının səsinin bərabər çəkidə olmasını təmin edir və nəticələrin yalnız bir yaş qrupu tərəfindən müəyyən edilməsinin qarşısını alır.
Səsvermənin yekununa əsasən:
- Ən çox səs toplayan ilk 2 ifaçı finala yüksəlir;
- 3-cü yeri tutan iştirakçı “ikinci şans” mərhələsinə vəsiqə qazanır;
- Qalan iştirakçılar isə müsabiqəni tərk edir.
İştirakçıların səhnəyə çıxış sıralaması isə aşağıdakı kimidir:
- Arwin – “Glitter”;
- Laila Adèle – “Oxygen”;
- Robin Bengtsson – “Honey Honey”;
- Felicia – “My System”;
- Klara Almström – “Där hela världen väntar”;
- Brandsta City Släckers – “Rakt in i elden”.
İkinci turun ən çox diqqət çəkən adlarından biri Robin Bengtssondur. İsveçli sənətçi “Melodifestivalen” tarixində artıq təcrübəli və uğurlu iştirakçılardan biri kimi tanınır.
Robin Bengtsson ilk dəfə 2016-cı ildə Melodifestivalen səhnəsində çıxış edib. Ümumilikdə 5 dəfə müsabiqəyə qatılan müğənni ən böyük uğuru 2017-ci ildə müsabiqədə qalib gələrək qazanıb. Sənətçi “I Can’t Go On” adlı mahnı ilə “Melodifestivalen” qalibi olaraq İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 5-ci yerdə qərarlaşıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






