Bu gün İsveçdə “Melodifestivalen 2026” mahnı müsabiqəsinin ikinci tur mərhələsi baş tutub.
Seçim turu Bakı vaxtı ilə 23:00–00:30 aralığında Göteborg şəhərində yerləşən “Scandinavium” arenasında keçirilib. Gecənin aparıcılığını müsabiqənin maraqlı zarafatları ilə gecəyə maraq qatan Gina Dirawi və Hampus Nessvold edib.
Gina və Hampus tamaşaçıları güldürmək üçün keçən il ikinci olan Avroviziya qalibi Måns Zelmerlöw və “Epstein faylları” ilə əlaqədar zarafatlar ediblər:
200 milyon “ürək” səsi, ya da demək olar ki, Mette-Maritin (Norveçin vəliahd şəhzadəsi) “Epstein faylları” barədə narahat olduğu anların sayı qədər….
İkinci olmaq effekti! Qırıq ailə, ləğv olunmuş konsert turlarına və itirilmiş aparıcılığa gətirib çıxara bilər….
İkinci turda 6 ifaçı səhnəyə çıxıb və nəticələr tamamilə tamaşaçıların səsverməsi əsasında müəyyənləşdirilib. Səsvermə “SVT Play” tətbiqi və SMS vasitəsilə aparılıb. Yaş kateqoriyaları üzrə tətbiq edilən səsvermə sistemi bütün yaş qruplarının səsinin bərabər çəkidə olmasını təmin edib.
Səsvermənin yekun nəticələrinə əsasən:
• Felicia və Brandsta City Släckers final mərhələsinə vəsiqə qazanıb;
• Robin Bengtsson “ikinci şans” mərhələsinə yüksəlib;
• Digər iştirakçılar isə müsabiqə ilə vidalaşıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






