Bu gün keçirilən milli final mərhələsində Bolqarıstanın Avroviziya təmsilçisi müəyyən olunub. Müsabiqədə 8 ifaçı iştirak edib və onlar münsiflər heyəti ilə tamaşaçıların birgə səsverməsi əsasında qiymətləndirilib.
Ümumi nəticələrə görə Bolqarıstanı bu il Vyanada DARA təmsil edəcək.

DARA Bolqarıstanda ən tanınmış pop ifaçılarından biridir və eyni zamanda müasir Balkan musiqi səhnəsinin önəmli simalarından birinə çevrilib. Özünəməxsus səsi, güclü səhnə duruşu ilə müasir Bolqar pop musiqisinin formalaşmasında mühüm rol oynayıb.
Rəsmi Bolqarıstan Airplay Chart siyahısında bir neçə dəfə birinci yerə yüksələn hit mahnıları olub və Avropa üzrə “New Music Friday” kimi populyar striminq pleylistlərinə daxil edilib. İndiyədək onun mahnı və videoları ümumilikdə 80 milyondan çox dinlənmə və baxış toplayıb.
Qeyd edək ki, bu mərhələdə mahnı deyil, ifaçı seçilib. Növbəti mərhələdə isə mahnı seçimi keçiriləcək. Bolqarıstanın Avroviziya üçün rəsmi mahnısı 28 fevralda baş tutacaq ayrıca finalda müəyyən olunacaq.
Seçilmiş ifaçı həmin gecə üç fərqli mahnı təqdim edəcək və onlardan biri Avroviziya səhnəsində səsləndiriləcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






