Ötən gün baş tutan Bolqarıstan milli finalının qalibi ölkənin superstarı hesab edilən DARA olub. Müğənni münsif və xalq səsverməsindən ən yüksək xalı toplayaraq Bolqarıstanın “Avroviziya 2026” təmsilçisi seçilib.
Üç illik fasilədən sonra Avroviziyaya geri qayıdan ölkə isə bu il üçün iddialı görünür. DARA mahnısını hələ seçməsə də, 28 fevralda baş tutacaq əlavə şouda mahnıya aydınlıq gələcək. Bunun üçün isə müğənniyə üç mahnı yazılacaq.
Gələn məlumatlara görə, Bolqarıstan nümayəndə heyəti DARA üçün beynəlxalq komanda ilə birlikdə çalışacaq. BNT tam olaraq komandanın adını açıqlamasa da, Victoria Chalkitisin artist finalında münsiflər heyətinin üzvü olması səbəbindən “Dream Team”in mahnı üzərində işləyəcəyi ehtimal edilir.
Bu barədə “BNT News”a danışan BNT Direktorlar Şurasının üzvü Anton Andonov bunları bildirib:
“O, illər ərzində Avroviziya finallarında bir çox uğurlu sıralara sahib olan son dərəcə uğurlu xarici komanda ilə işləyəcək və sadəcə bir ayı var. Həmin komanda ilə birlikdə üç mahnı hazırlanacaq.”
Komandanın tərkibində vaxtı ilə Avroviziyaya bir çox hitlər hazırlamış Dimitris Kontopoulos və Fokas Evangelinosun olacağı da güman edilir.
28 fevral tarixində DARA, “Avroviziya 2026” üçün xüsusi olaraq hazırlanmış üç mahnını canlı yayım zamanı ifa edəcək.
10 nəfərdən ibarət münsiflər heyəti mahnılara xalqla birlikdə səs verəcək. Hər bir münsif mahnılara 1 ilə 3 arasında bal verəcək. Daha sonra onların balları ən çox bal toplayan mahnı üçün 3 xala, ən az bal toplayan mahnı üçün isə 1 xala çevriləcək.
Tamaşaçıların səsləri də favoritlərinə görə 3 xala, ən az favoritlərinə görə 1 xala çevriləcək. Qalib mahnı ən çox bal toplayan mahnı olacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






