İsveç Avroviziya Mahnı Müsabiqəsi 2026 üçün milli seçim prosesinə bu gün start verdi.
Ölkənin ənənəvi və ən populyar musiqi layihəsi olan “Melodifestivalen 2026″nın ilk turu ilə Avroviziya həyəcanı ölkədə rəsmi olaraq başladı. İlk tur bu gecə başa çatdı. Musiqi gecəsinə Linköpinq şəhərində yerləşən “Saab Arena” ev sahibliyi edib. Şounun aparıcılığını “Melodifestivalen”ə dörd dəfə aparıcılıq edərək rekord qıran Gina Dirawi və Hampus Nessvold həyata keçirib.
Birinci turda 30 yanvar tarixində təqdim edilən ümumilikdə 6 mahnı yarışıb. İştirakçılar arasında 2000-ci illərdə “ABBA” qrupunun mahnılarını ifa etməklə tanınan “A*Teens” qrupu da var idi:
- Greczula – “Half of Me”;
- Jacqline – “Woman”
- Noll2 – “Berusade ord”
- Junior Lerin – “Copacabana Boy”
- Indra – “Beautiful Lie”;
- A*Teens – “Iconic”.
Bu mərhələdə nəticələr tamamilə tamaşaçı səsverməsi əsasında müəyyən edilib. Səsvermənin yekununa əsasən:
Finala vəsiqə qazananlar:
- Greczula – “Half of Me”
- A*Teens – “Iconic”.
İki şansa vəsiqə qazanan:
- Jacqline – “Woman”
“Melodifestivalen 2026” ikinci turu 7 Fevral tarixində Bakı vaxtı ilə 23:00-da yayımlanacaq. İkinci turun iştirakçıları arasında İsveçin 2017 Avroviziya təmsilçisi Robin Bengtsson da var.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






