Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsinin aparıcıları artıq açıqlanıb.
ORF-in qərarına əsasən, müsabiqəni Victoria Swarovski və Michael Ostrowski aparacaq.
Victoria Swarovski Avstriyada televiziya tamaşaçılarına tanış simadır. O, həm aparıcı, həm də model və sahibkar kimi fəaliyyət göstərir. Karyerasına musiqi ilə başlayan Victoria, son illərdə əsasən “Let’s Dance” layihəsindəki aparıcılığı ilə məşhurdur. Məşhur Swarovski ailəsinin üzvü olsa da, o, uzun illərdir ki, öz adını müstəqil şəkildə formalaşdırmağı bacarıb.
Michael Ostrowski isə Avstriyanın ən populyar aktyorlarından biridir. Daha çox komediya rolları ilə tanınan Ostrowski, eyni zamanda ssenarist və rejissor kimi də uğurlu layihələrə imza atıb. O, müxtəlif televiziya şoularının və mükafat mərasimlərinin aparıcısı kimi də böyük təcrübəyə malikdir.
ORF nümayəndələrinin sözlərinə görə, bu iki aparıcının seçilməsi təsadüfi deyil. Onlar Avroviziyanı həm əyləncəli, həm də peşəkar şəkildə təqdim edə biləcək, beynəlxalq auditoriya üçün anlaşılan və yadda qalan bir duet olacaqlar.
Qeyd edək ki, “Avroviziya 2026” 12 və 14 may tarixlərində yarımfinallar, 16 mayda isə böyük final ilə Vyanada baş tutacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






