Aysel Teymurzadə: Hər il mənə Avroviziyadan təklif gəlir

12 illik fasilədən sonra səhnəyə qayıdan ölkəmizin “Avroviziya 2009” təmsilçilərindən Aysel Teymurzadə ötən gün qatıldığı tədbirlərin birində jurnalistlərə Avroviziya ilə bağlı açıqlama verib.

Müğənni qeyd edib ki, hər il ona Avroviziyaya qatılmağı üçün təklif gəlir, lakin özü bu təklifi rədd edir:

Açığı sizə deyim ki, mənə demək olar ki, hər il Avroviziyaya qatılmağım üçün təkliflər gəlir, ancaq istəmirəm. “Dreamfest” çıxışım zamanı da soruşmuşdular.

Sadəcə mən hələ getmək istəmirəm və bunun bəzi açıqlaya bilməyəcəyim səbəbləri var. Bəlkə özünüz də səbəbini başa düşərsiniz.

Gələcəkdə hiss etsəm bəlkə gedərəm, amma yenə deyirəm bilmirəm. İndi buna ehtiyac yoxdur.

Müğənni təkliflərin ancaq Azərbaycandan gəldiyini də vurğulayıb.

Qeyd edək ki, Aysel Teymurzadə 2009-cu ildə Arash ilə birlikdə Avroviziyada “Always” mahnısını ifa edərək müsabiqədə üçüncü sırada qərarlaşmışdı.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” aparıcıları məlum oldu

Eldar Qasımov Avroviziya Milli Finalında səhnə alacaq!

Rəy bildir