Ölkəmizin “Avroviziya 2014” təmsilçisi Dilarə Kazımova ötən gün Xəzər TV-də yayımlanan “İncəsəhər” verilişində Avroviziya ilə bağlı yeni açıqlamalar verib:
Mən 2014-cü ildə Avroviziyada iştirak edəndə həmin vaxt Yunanıstan nümayəndə heyəti rus komanda ilə çalışırdı və onların komandasında Kirkorov, Lazarev və s. kimi güclü isimlər olurdu.
Mən o vaxtı eşitmişdim ki, onlar mənim Avroviziya çıxışımdan çox razı qalmışdılar. Açığı “Start a Fire” həmin ilin ən sevilən mahnılarından biri idi. Onlar mən əldə etdiyim nəticəyə məyus olmuşdular və müsabiqəni ilk onluqda bitirməli olduğumu mənə söyləmişdilər.
“Start a Fire” əslində məndə bir travma kimi qalıb. Bilirəm çoxu sevir, amma fikir vermisinizsə mən o mahnını Avroviziyadan sonra heç bir yerdə oxumamışam. Amma 14 fevralda Camal Qasımla birlikdə mahnının yenilənmiş versiyasını səsləndirəcəm.
Müğənni həmin komanda ilə görüşdüyünü və Avroviziyaya qayıtma ehtimalını dilə gətirib:
Dünən çıxışımı bəyənən həmin yunan komanda ilə görüşdüm və sabah da görüşəcəm. Fikirim Azərbaycanı yenidən təmsil etməkdir və onlar məni Avroviziyada həqiqətən yenidən gözləyirlər. Bu mənim üçün çox xoşdur.
Qeyd edək ki, Dilarə Kazımova “Avroviziya 2014”də ölkəmizi təmsil etmiş və finalda 22-ci sırada qərarlaşmışdı.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.







One thought on “Dilarə Kazımova Avroviziyaya qayıdır? – EKSKLÜZİV AÇIQLAMALAR”