İsveçrə milli yayımçısı ölkəni “Avroviziya 2026″da Veronica Fusaronun təmsil edəcəyini bildirib.
Fusaronun ifa edəcəyi mahnı 11 martda təqdim olunacaq.
Veronica Fusaro alternativ pop janrında çıxış edir. Musiqisində pop, soul və rock elementləri yer alır.
2016-cı ildə SRF 3 radiosu onu “Best Talent” seçib. O vaxtdan bəri İsveçrə və xaricdə 500-dən çox konsert verib. Glastonbury, Montreux Jazz Festival və Gurtenfestival kimi festivallarda çıxış edib. Mark Knopflerin konsert proqramlarında iştirak edib.
28 yaşlı müğənni güclü səhnə çıxışları ilə tanınır.
İfaçı təmsilçi seçilməsi ilə bağlı münasibətini bildirib:
“İsveçrəni Avroviziyada təmsil etdiyim üçün inanılmaz dərəcədə xoşbəxtəm və qürur duyuram. Bu, həqiqətən də bütün dünyada insanların izlədiyi belə gözəl səhnədə öz musiqimi paylaşmaq üçün həyatda bir dəfə olan fürsətdir”.
Müsabiqə may ayında Vyanada keçiriləcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






