“Melodi Grand Prix 2026” iştirakçıları açıqlanıb – Alexander Rybak qayıtdı!

Norveçin ən böyük musiqi şoularından olan Melodi Grand Prix bu il də Avroviziya Mahnı Müsabiqəsi üçün öz namizədini axtarır.

Təmsilçilik uğrunda aşağıdakı adlar mübarizə aparacaq:

  1. Alexander Rybak – “Rise”
  2. Hedda Mae – “Snap Back”
  3. Mileo – “Frankenstein”
  4. Emma – “Northern Lights”
  5. Storm – “Lullaby”
  6. Leonardo Amor – “Prayer”
  7. Silke – “Forevermore”
  8. Jonas Lovv – “Yayaya”

Mahnılardan 30 saniyəlik hissələr kanalın rəsmi saytında yerləşdirilib.

Bu ilin fərqli tərəfi isə odur ki, sonuncu finalçı tamaşaçıların səsverməsi ilə, xüsusi MGP kuboku vasitəsilə müəyyənləşdiriləcək.

Bu son yer uğrunda səkkiz namizəd mübarizə aparacaq. Qalib isə çərşənbə axşamı, 27 yanvar tarixində “Nitimen” proqramında və NRK.no saytında açıqlanacaq.

Finalçıların bütün mahnıları tam versiyada bazar ertəsi, 26 yanvar saat 12-də yayımlanacaq. Final isə 28 fevral baş tutacaq.

Maraqlı məqamlardan biri də Aleksander Rybakın yenidən qayıtması olub. Rybak daha əvvəl iki dəfə Norveçi təmsil edib. İlk iştirakı 2009-cu ildə baş tutan xarizmatik müğənni fanatların rəğbətini qazanaraq qalib olmuşdu. Yenidən 2018-ci ildə geri dönən Rybak 15-ci pillə ilə kifayətlənmişdi.

Qeyd edək ki, ötən il yarışmanın qalibi olan Kyle Alessandro “Lighter” adlı mahnısı ilə Avroviziya finalını 18-ci yerdə tamamlamışdı.

Mənbə: NRK TV


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2016” – On il öncə nələr oldu?

İsveçrənin “Avroviziya 2026” təmsilçisi açıqlanıb

Rəy bildir