“Vidbir 2026″da iştirak edən mahnılar və çıxış sıralamaları yayımlanıb

“Vidbir 2026”da yarışacaq mahnılar bu gün canlı yayımla təqdim olunub.

Ukraynanın Avroviziya 2026 üçün milli seçim turu “Vidbir 2026”da birbaşa finalçılar tərəfindən ifa olunacaq mahnılar rəsmi olaraq yayımlayıb.

Finalda yarışacaq 10 iştirakçıdan 9-nun mahnısı indiyədək yalnız qısa fraqmentlər şəklində yayımlanmışdı. Mahnıların tam versiyaları isə final üçün çıxış ardıcıllığının püşkatmasından dərhal əvvəl ictimaiyyətə açıqlanıb. Yalnız KHAYAT-ın mahnısı daha öncə tam şəkildə dinləyicilərə təqdim olunmuşdu. O, finala “Wildcard” mərhələsi vasitəsilə vəsiqə qazanmışdı.

“Vidbir 2026”nın finalçıları və mahnıları bunlardır:

  1. Jerry Heil – “CATHARTICUS”;
  2. LAUD – “Lightkeeper”;
  3. LELÉKA – “Ridnym”;
  4. Monokate – “TUT”;
  5. MOLODI – “THE LEGENDS”;
  6. Mr. Vel – “Do or Done”;
  7. The Elliens – “Crawling Whispers”;
  8. Valeriya Force – “Open Our Hearts”;
  9. ShchukaRyba – “Moia zemlia”;
  10. KHAYAT – “Hertsi”.

İştirakçılar arasında ölkənin Avroviziya 2024 təmsilçilərindən Jerry Heil də var.

Final üçün çıxış ardıcıllığının püşkatması və mahnıların rəsmi təqdimatı “YouTube” platformasında canlı yayımlanıb. Tədbirin aparıcılığını Avroviziya 2017 şərhçisi Timur Miroshnychenko və “Eurovision Ukraine” vloqunun aparıcısı Anna Tuleva həyata keçiriblər.

Xatırladaq ki, Ukraynanı Avroviziya 2025 mahnı müsabiqəsində ukraynalı rok qrupu “Ziferblat” “Bird of Pray” adlı mahnı ilə təmsil edərək finala yüksəlmiş və 9-cu yeri tutmuşdu.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya Avropa turunda! – Eurovision Live Tour

“Das Deutsche Finale 2026” iştirakçıları açıqlanıb – Kim qalib olacaq?

Rəy bildir