Avropa Yayım Birliyi bu gün rəsmi olaraq müsabiqənin 70 illik yubiley buraxılışı səbəbi ilə Avroviziyanın Avropa turuna çıxacağını elan edib.
“Eurovision Live Tour” adlanacaq tur bu yay Avropanın on fərqli şəhərində keçiriləcək.
Hər konsertdə builki Avroviziyanın on finalçısı, eləcə də hər şəhər üçün nəzərdə tutulan xüsusi qonaqlar səhnəyə çıxacaq. Tur Avroviziya mahnı müsabiqəsinin 70 illiyini qeyd edəcək və fanatları bir araya gətirən əsl “parti gecəsi” yaratmağı planlayır.
Şouda ifaçılar öz Avroviziya mahnılarını səsləndirməklə yanaşı, əvvəlki illərdən seçilmiş bir Avroviziya mahnısının kavır versiyasını da təqdim edəcək və müsabiqənin tarixini yenidən canlandıracaqlar.
Bundan əlavə, yarışmanın 70 ilinə aid görüntülər və unudulmaz anlar da tamaşaçılara nümayiş olunacaq.
Turun keçirləcəyi məkanlar və tarixlər aşağıdakı kimidir:

“Eurovision Live Tour”la bağlı daha ətraflı məlumat önümüzdəki aylarda veriləcək. Tura bir sıra ikonik Avroviziya simalarının qatılımı da gözlənilir. Turda iştirak edəcək on “Avroviziya 2026” finalisti isə finaldan sonra açıqlanacaq.
İlk satış dalğası fevral ayında başlayacaq və ümumi satışdan 48 saat əvvəl ilkin qeydiyyatla birlikdə satışa çıxarılacaq.
Ön satışdan bilet almaq istəyən hər kəsin 1 fevral saat 15:00-dan etibarən (BV) Eurofan hesabına sahib olması tələb olunur. Eurofan hesabınızı eurovision.com saytı üzərindən yarada bilərsiniz.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






