Finlandiyanın Avroviziya üzrə milli seçim turu olan “UMK 2026”-nın iştirakçıları İsrailin müsabiqədə iştirakı mövzusu ilə bağlı suallara açıqlama gətiriblər.
Onlar bu barədə suallara əvvəlcədən hazır olduqlarını bildiriblər. Lakin sənətçilərin böyük əksəriyyəti bu məsələ ilə bağlı mövqelərini indiki mərhələdə açıqlamaqdan çəkinib.
İştirakçıların əksəriyyəti hazırda bütün diqqətlərini UMK müsabiqəsinə yönəltdiklərini, İsrailin Avroviziyada iştirakı ilə bağlı hər hansı mövqenin isə yalnız daha sonra, yarışmadan sonrakı mərhələdə nəzərdən keçiriləcəyini vurğulayıblar.
Bu mövzuda açıq mövqe bildirən yeganə iştirakçı Antti Paalanen olub. O, seçim turunu qazandığı təqdirdə Finlandiyanı Avroviziyada təmsil edəcəyini açıq şəkildə bəyan edib. Antti Paalanenin sözlərinə görə, bir sənətçi olaraq Avroviziya səhnəsinə sevinc gətirə bilər və məhz bu yolla dünyanın mövcud problemlərinin həllinə töhfə verməyin mümkün olduğuna inanır.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






