Tanış Ol – Antigoni

Antigoni Buxton 9 mart 1996-cı ildə İngiltərənin paytaxtı London şəhərində dünyaya göz açıb. Antigoni kimi tanınan müğənni, həm də bəstəkar kimi fəaliyyət göstərir.

O, yeniyetmə yaşlarından mahnı yazmağa başlayıb və daha sonra Londonda Adele və Amy Winehouse kimi sənətçilər yetişdirməsi ilə tanınan BRIT School-da təhsil alıb.

Antigoni 20-li yaşlarının əvvəllərində Island Records ilə müqavilə imzalayıb və pop, R&B üslubunda mahnılar yazmağa və ifa etməyə başlayıb.

Müğənni indiyədək Long Way Home, Never Gonna Love və Hit List kimi bir neçə sinql buraxıb. Bundan başqa, Antigoni əslən yunandır və məşhur aparıcı Tonio Buxtonun qızıdır.

İlk dəfə müğənni kameralar önünə 2022-ci ildə yayımlanan “Love Island” realiti şousunun səkkizinci mövsümündə çıxıb və olduqca məşhurlaşıb.

9 noyabr 2025-ci ildə isə Kipr dövlət kanalı CyBc tərəfindən Antigoni ölkənin “Avroviziya 2026” təmsilçisi kimi təqdim edilib.

Daxili seçim yolu ilə seçilən müğənninin oxuyacağı mahnı hələ təqdim edilməsə də, “dance pop” janrında mahnı olduğu düşünülür.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Tamara Živković

Tanış Ol – Alis

Rəy bildir