Tanış Ol – Tamara Živković

Tamara Živković Monteneqronun gənc və diqqət çəkən ifaçılarından biridir. O, erkən yaşlarından musiqi ilə məşğul olmağa başlayıb və 14 yaşında ilk solo konsertini verib. Bu konsertdə həm fleyta ifası, həm də vokal performansı ilə çıxış edərək özünü istedadlı səhnə sənətçisi kimi təqdim edib.

Tamara daha geniş auditoriya tərəfindən Monteneqronun məşhur musiqi layihəsi olan Avroviziya seçim turu “Montesong” vasitəsilə tanınıb. O, bu müsabiqədə iki dəfə iştirak edərək səhnə təcrübəsini və peşəkarlığını artırıb.

2024-cü ildə Tamara “Montesong 2024″ yarışmasında “Poguban let” mahnısı ilə çıxış edib. O, şəxsi səbəblərə görə müsabiqədən çəkilən Boban Rajoviçi əvəzləyib. Yarışmanın yekun nəticələrinə əsasən, Tamara finalda 9-cu yeri tutub.

2025-ci ildə isə o, “Montesong 2025” müsabiqəsinə “Nova zora” adlı mahnı ilə qatılıb. Münsiflər heyətinin səsverməsində birinci yeri tutan Tamara, tamaşaçı səsverməsində ikinci olub. Topladığı yüksək xallar sayəsində müsabiqənin qalibi eolaraq Monteneqronu “Avroviziya 2026″da təmsil etmək hüququ qazanıb.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Monteneqro seçimini etdi – Ölkəni Tamara Živković təmsil edəcək

Tanış Ol – Antigoni

Rəy bildir