“Festivali i Këngës” başa çatdı – Albaniyanı Alis təmsil edəcək

Albaniyanın ən nüfuzlu musiqi müsabiqələrindən biri olan “Festivali i Këngës”in 64-cü buraxılışı final gecəsi ilə yekunlaşıb.

Bir neçə gün davam edən yarışmanın sonunda builki qalib müəyyənləşib. Alis “Nân” adlı mahnısı ilə 64-cü “Festivali i Këngës”in qalibi olub. Qalib ifaçı bu nəticə ilə Albaniyanı Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb. Beləliklə, ilin ilk Avroviziya mahnısı məlum olub.

Qeyd edək ki, Albaniya son illərdə Avroviziya üçün seçilən qalib mahnılarda “revamp”, yəni musiqi və ya mahnının dilində dəyişikliklər etməsi ilə tanınır. Lakin hazırkı mərhələdə 64-cü “Festivali i Këngës”in qalib mahnısında hər hansı dəyişiklik ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələləri 13 və 15 may tarixlərində keçiriləcək. Püşkatma mərhələsi hələ baş tutmadığı üçün Albaniyanın hansı yarımfinalda çıxış edəcəyi hazırda məlum deyil.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

”FİK 64” başlayır: İlk yarımfinal günüdür

Monteneqro seçimini edir – Ölkəni “Avroviziya 2026”da kim təmsil edəcək?

Rəy bildir