Monteneqro seçimini edir – Ölkəni “Avroviziya 2026”da kim təmsil edəcək?

Bu gün Monteneqronun “Avroviziya 2026” təmsilçisinin və mahnısının seçiləcəyi “Montesong 2025” milli finalı keçiriləcək.

Canlı Yayım

İlk dəfə beynəlxalq xalq səsverməsi ilə təşkil olunan yarışmada tamaşaçılar təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrindən də favorit iştirakçılarını dəstəkləyə biləcəklər.

Bu il 15 iştirakçı çıxış edir və çıxış sıralaması artıq açıqlanıb:

  1. Lara Baltic – Rhythm Boy;
  2. Stefan Vukotić – Nedekodirana;
  3. Mila Nikić – Kao varnica;
  4. Majda Božović – Ipak smo ljudi;
  5. Krstinja Matanović – Oli oli;
  6. Baryak – Minerva;
  7. Neno Murić – Ako čuješ glas;
  8. Lana Lopičić – Doline;
  9. Đurđa – Dominos;
  10. Dolce Hera – Casanova 91;
  11. Tamara Živković – Nova zora;
  12. Andrea Demirović – I Believe;
  13. Tina Džankić – Shadows;
  14. Luka Radović – Pjevaj vilo;
  15. Lana Vukčević & Đorđe Savković – Temperatura;

Finalda səslənəcək bütün 15 mahnı artıq əsas musiqi platformalarında yayımlanıb. Milli seçimin rəsmi bukmeker əmsalları hələ açıqlanmasa da, pərəstişkarlar arasında “Nova zora”, “Temperatura” və “Rhythm Boy” favoritlər sırasında göstərilir və azarkeş statistikalarında yüksək yerlərdə qərarlaşıb.

İştirakçılar arasında Avroviziya təcrübəsi olan Andrea Demirović də yer alır. Müğənni Monteneqronu 2009-cu ildə Avroviziyada təmsil edib.

Xatırladaq ki, Monteneqronu ötən il Avroviziyada Nina Žižić “Dobrodošli” mahnısı ilə təmsil edib və ikinci yarımfinalda 12 xalla finala vəsiqə qazana bilməyib.

“Montesong 2025” qalibi bu axşam elan olunacaq və səsvermədən əldə olunan gəlir isə xeyriyyə fonduna yönləndiriləcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Festivali i Këngës” başa çatdı – Albaniyanı Alis təmsil edəcək

Monteneqro seçimini etdi – Ölkəni Tamara Živković təmsil edəcək

Rəy bildir